Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Novruza qədər 1928 vərəsə 11 min manat alacaq


Novruz bayramına qədər Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda həlak olan və ya itkin düşən daha 1200 nəfərin 1928 vərəsəsinə birdəfəlik ödəmə veriləcək. Bu haqda qərar Komissiyanın növbəti iclasında qəbul edilib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Məlumatda deyilir ki, beləliklə, ödəmə almış vərəsələrin sayı 7894-ə çatacaq.

Nazirlik artıq müvafiq ödənişin həyata keçirilməsi üçün siyahının aidiyyəti quruma göndərildiyini bildirir.

Dövlət başçısı 2018-ci ilin aprelində 1991-1997-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş həbçilərin vərəsələrinə 11 min manat olmaqla bir dəfəlik ödəniş edilməsi barədə fərman imzalamışdı. Oktybar ayından sənəd qəbuluna başlanmışdı. Amma bu zaman rəsmi qurumlar bir sıra ailələrin bu ödəməni ötən illərdə aldıqlarını iddia etdilər.

Həmin ailələr Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis və başqa rəsmi qurumlar qarşısında etiraz olaraq aksiyalara başladılar.

Dövlət başçısı 2019-cu il yanvarın 28-də fərmana dəyişillik etdi. Bu dəyişikliyə əsasən bu ödəniş 11 min manatdan az sığorta ödənişi almış hərbi qulluqçuların və polislərin vərəsələrinə də aid olundu.

Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulanlanların sayı 12268 nəfərə çatdı.

XS
SM
MD
LG