Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Komitə bəzi evlərin qeydiyyatını mümkünsüz sayır


Evlərin nə vaxt sənədləşdiriləcəyi bilinmir
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Evlərin nə vaxt sənədləşdiriləcəyi bilinmir

Hüquqşünas: «Söhbət 5-10 evdən getmir»

«Mənim bildiyim qədər bu problemin həlli ilə bağlı konkret qərar yoxdur. Ümumi nəsə var, amma bu məsələnin həllində konkretlik yoxdur».

Bunu hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna Əmlak Məsələləri Dövlət Komitəsinin tikinti üçün ayrılan torpaqlarda tikilməyən fərdi evlərin dövlət qeydiyyatına alınmasının mümkün olmayacağına dair sentyabrın 24-də verdiyi açıqlamanı şərh edərkən bildirib.

Ə.Həsənovun deməsinə görə, bu məsələdə elə konkret qərar olmadığı üçün neçə illərdir ki, vətəndaşların tikdirdikləri bir çox evlər sənədləşdirilmir: «Bunda da günahkar Komitə özüdür...».

«Korrupsiya...»

Onun fikrincə, bu məsələyə korrupsiya amili mane olur.

Ə.Həsənov deyir ki, digər tərəfdən, vətəndaşın su, qaz borularının keçdiyi ərazidə ev tikməsi düzgün deyil: «Amma burası da var ki, bunu vətəndaş özbaşına etməyib, haralarasa, kimlərəsə xərci çıxaraq həmin evi tikdirib. Əgər həmin yer ev tikmək üçün nəzərdə tutulmurdusa, o zaman dövlət qurumları hara baxırdı ki, həmin yerlərdə evlər tikilirdi?! Söhbət 5-10 evdən getmir, 100 minlərlə evdən gedir».

«Onda hökumət vətəndaşın çəkdiyi xərci ödəməlidir»

Hüquqşünas Komitənin tikinti üçün ayrılan torpaqlardan kənarda inşa edilən evlərin dövlət qeydiyyatına alınmayacağı barədə dedikləri ilə bağlı daha sonra da bunları söyləyib: «O zaman evi tikən vətəndaşın taleyi, çəkdiyi məsrəflərin qarşılığı nə olur? Onda gərək hökumət vətəndaşın, heç olmasa, ev tikməyə çəkdiyi xərci ödəməlidir ki, şəxs gedib özünə yenə ev tikə bilsin».

Sənədsiz evlərin tikilməsinə kim icazə verir?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Ə.Həsənov hesab edir ki, sənədləşdirilməmiş evlər məsələsi ölkənin ən böyük problemlərindən biridir və həllini tapmalıdır.

Hüquqşünasın bu fikirlərinə, hələlik, Əmlak Məsələləri Dövlət Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə korrupsiya ilə ciddi mübarizə aparıldığını və bundan ötrü hakim iradənin mövcud olduğunu vurğulayırlar.

+++

Bugün, sentyabrın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması, xidmət prosedurları və tələb olunan sənədlər haqqında məlumat yayıb.

Məlumatda yazılıb ki, daşınmaz əmlakların dövlət qeydiyyatının sadələşdirilməsi, bu xidmətlərin vətəndaşlara daha əlçatan olması istiqamətində mühüm işlər görülür. «Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür», - Komitə bildirir.

Məlumatda yazılıb ki, qanunvericiliyə əsasən, sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Komitə daha sonra Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair lazım olan sənədləri sadalayır.

Bakıdakı 'karton evlər'də kimlər yaşayır
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Hansı sənədlər gərəklidir

Orada bildirilir ki, hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, buna aid sənəd, icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir: «Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur».

Komitə vurğulayıb ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur: «...Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidir».

Məlumatda yazılıb ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər: «Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır».

Hökumət sənədsiz evlər problemini necə həll etsin?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Xatırlatma

Hələ 2011-ci ildə prezident İlham Əliyev Bakı və ətraf bölgələrdə sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı məsələni gündəmə gətirmişdi. Amma bəzi ekspertlərin fikrincə, aradan 8 il keçsə də, hələ də Bakı və ətraf yaşayış məskənlərində yüz minlərlə sənədsiz evlər var. Bununla bağlı bu yaxınlarda isə Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) komissiya yaradıldığı açıqlanıb. BŞİH-dən verilən məlumata görə, hazırda komissiya sənədlərin araşdırılması mərhələsindədir.

Sənədsiz evlərin bəzilərinin yaşayış məntəqələri təyinatlı olmayan torpaqlarda və kommunikasiya xətlərinin keçdiyi ərazilərdə tikildiyi bildirilir.

Bu il prezident bir sıra hündürmərtəbəli binaların istismara verilməsinin asanlaşdıırlması ilə bağlı fərman da imzalayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG