Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:33

Rusiya media orqanları deputatın ‘təmizə çıxarılması’na belə reaksiya verdi


Leonid Slutski
Leonid Slutski

Leonid Slutsky təmizə çıxarılandan sonra bir neçə media orqanı müxbirlərini Dumanın işini işıqlandırmaqdan uzaqlaşdırıb.

Ekho Moskvy radiosu “jurnalistlərinin Dövlət Dumasında işini dayandırır geri çağırır”, – radiostansiyanın baş redaktoru Aleksei Venediktov martın 22-də Telegram-da yazıb. O bildirib ki, radio parlamentin etika komissiyasının qərarından narazıdır və “Dövlət Dumasını jurnalistlərin işləməsi üçün təhlükəli yer sayır”.

RTVI telekanalının baş redaktoru Aleksei Pivovarov da martın 22-də müxbirlərinin Dövlət dumasının işindən kənarlaşdırılması barədə qərarını açıqlayıb.

RBC xəbər agentliyi, Dozhd internet televiziyası da oxşar bəyanatlar yayıblar.

Kommersant qəzeti və Lenta.ru vebsaytı Slutsky ilə bütün əlaqələri kəsdiklərini bildirib.

Govorit Moskva radiostansiyasının redaktoru Sergei Dorenko etika komissiyasının qərarını pisləyib, ölkədəki bütün media orqanlarını deputatı boykot etməyə çağırıb.

Dumanın hakim Vahid Rusiya partiyasından deputatı, keçmiş jurnalist Oksana Pushkina media orqanlarına dəstəyini bildirib.

***

Rusiya parlamenti – Dövlət Dumasının etika komissiyası qadın jurnalistlər tərəfindən seksual qısnamada ittiham edilən vəzifəli millət vəkili Leonid Slutskinin məsələsinə baxıb və onu “təmizə çıxarıb”.

Komissiyanın sədri Otari Arşba martın 21-də qərarın qəbul edilməsindən sonra deyib ki, Slutski “heç bir davranış normalarını pozmayıb”. Qadın jurnalistlər millət vəkilini onlara sataşmaqda, öpməyə cəhd göstərməkdə və onlara “nalayiq şəkildə toxunmaqda” ittiham edirdilər.

Komissiya başçısı deyib ki, qadınların ittihamları 18 mart prezident seçkisi ərəfəsində ziddiyyət yaratmağa hesablanıb.

Komissiyanın qərarında deyilir ki, Slutskiyə qarşı ittihamlar “qərəzli, hədəfli və planlıdır”.

Arşba bildirib ki, Nyu Yorkda mənzilləmmiş RTVI telekanalının redaktor müavini Yekaterina Kotrikadze, müstəqil Dojd telekanalının prodüseri Darya Juk və BBC Rus xidmətinin müxbiri Fəridə Rüstəmova Slutskini “demək olar eyni vaxtda, prezident seçkisi ərəfəsində və iddia olunan qısnamadan uzun müddət sonra ittiham ediblər”.

Bundan əvvəl, martın 8-də Leonid Slutski sözü gedən qadın jurnalistlərdən üzrxahlıq etmişdi.

Daha əvvəl isə Dumanın spikeri Vyaçeslav Volodin seksual təcavüzdən qorxan qadın jurnalistləri “işlərini dəyişməyə” çağırmışdı.

Buna cavab olaraq parlamentin qarşısına toplaşmış etirazçılar Volodinə mesajlarında bildirirdilər: “Cənab Volodin, siz Dumada seksual qısnama ittihamlarını araşdırmaqdan qorxursunuz. Onda işinizi dəyişin!”

XS
SM
MD
LG