Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:02

Köməkçi personajları necə yaratmalı


Marqaret Etvud
Marqaret Etvud

Köməkçi və ya ikinci dərəcəli personaj hekayənin müsbət qəhrəmanının həyatında rolu olan adamdır. Romançılar və ssenaristlər hekayəni köməkçi personajların ətrafında qurmasalar da, onlardan əsas qəhrəmanın hekayə dinamikasını işləmək üçün yararlanırlar.

Yaxşı işlənmiş köməkçi personajın xarakter qövsü, güclü nəzər nöqtəsi və aydın şəxsi keyfiyyətləri olur. Bir çox hallarda bu personajlar oxuculara onların öz həyatındakı insanları xatırladır. Əsas qəhrəmanlar kimi, onlar da hekayənin gedişində böyüyərək dəyişir.

Dəyişməyən personajlara "sabit personajlar" deyilir. Bəzi personajların sabit qalması çox şeyi dəyişməsə də, köməkçi personajların əksəriyyəti dinamik olmalı, oxucu və ya tamaşaçının diqqətini cəlb etməlidir.

"Masterclass" platforması "The Handmaid's Tale" və "The Blind Assassin" kimi əsərləri ilə tanınan kanadalı yazıçı Marqaret Etvudun köməkçi personajların işlənməsi ilə bağlı səkkiz tövsiyəsini dərc edib.

  1. Köməkçi personajı onun həyat təcrübəsi formalaşdırır. Personajla hadisə ayrılmazdır, çünki şəxs başına gələnlərdən ibarətdir. Bir çox qəhrəmanlar, o cümlədən ikinci dərəcəli personajlar üçün bu belədir. Hətta köməkçi personajlar roman, hekayə və ya ssenari boyu yalnız ara-sıra gözə dəyirsə belə, onlar yenə baş verən hadisələr fonunda görülür.
  2. İkinci dərəcəli personajlar da əsas qəhrəmanlar kimi üçölçülü olmalıdır. Yazıçı kimi işiniz personajınızın dünya ilə qarşılıqlı əlaqəsini müşahidə etməklə onları öyrənməkdir. Real həyatdakı real insanlar kimi, personajların da hobbiləri, ev heyvanları, tarixçələri, düşüncələri, qəribəlikləri və tutquları var. …Personajlarınızın baş verə biləcək hadisələrin təsiri altında necə reaksiya verəcəyini anlamağınız üçün bu aspektləri əvvəlcədən bilməyiniz çox vacibdir.
  3. İkinci dərəcəli personajlarınızı izləmək üçün personaj cədvəli düzəldin. Bu cədvəldə hər personajın ad günü, ona aidiyyəti ola biləcək hadisələr göstərilir. Bu yolla qəhrəmanların bir-birilə əlaqəsini, bu və ya digər qurama və ya real hadisə baş verən zaman onların neçə yaşı olduğunu görmək olur.
  4. Personajınızı maraqlı edin. Qəhrəmanlar da insanlar kimi ideal deyil. Onlar xoşagəlimli olmalı deyillər. Ancaq maraqlı olmalıdırlar. Bəzən ikinci dərəcəli qəhrəmanları maraqlı etmək daha asan olur. ​
  5. Hər bir personaj danışarkən onun müəyyən məqsədi olmalıdır. Qəhrəmanlarınız danışarkən bir-birindən nəsə almağa çalışmalı və ya güclü bir fikir ifadə etməlidirlər. Hər səhnəni işləyən zaman qəhrəmanlarınızın nə əldə etməyə çalışdığını düşünün. Onlar nədən yayınmağa çalışır? Bu istəklər onların nitqinə, nəyi deyib nəyi deməməsinə necə təsir edir? ​
  6. Tələsmədən dialoqu düzgün qurmağa çalışın. Bunun üçün qəhrəmanlarınızın necə danışdığını anlamalısınız. Bu onların haradan gəlməsi, sosial sinfi, aldığı tərbiyə və bir sıra başqa amillərdən asılı ola bilər. Personajların dünyagörüşü kimi, tanışıq tərzi də fərqli olmalıdır. Nitq və ton daim baş verən hadisələr və personajların başına gələnlərdən asılı olur. Yeni yazmağa başlayan müəlliflərin çoxu baş qəhrəmanların dialoqlarını düz qurur. Ancaq həqiqətən güclü müəllifləri ortabab müəlliflərdən ayıran şey köməkçi personajların dialoqlarının keyfiyyətidir.
  7. İkinci dərəcəli qəhrəmanların adlarını ağılla seçin. Oxucuların onları bir-birindən ayıra bilməsi üçün adlar fərqli olmalıdır.
  8. Oxucularınızı öncədən gözlənilməz köməkçi personajlarla təəccübləndirin. İnsanlar sabit şeylərə diqqət yetirmirlər. Gözlənilməz şeylər baş verəndə ona diqqət yetirib ayıq qalırlar. Roman, hekayə və ya filminizdə ikinci və üçüncü dərəcəli qəhrəmanlarla bağlı gözləntiləri ayıq tutmağa çalışın. Köməkçi personajlarınızı auditoriyanın gözləmədiyi hadisələrin içinə yerləşdirin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG