Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:09

Komandir məhkəmə qarşısında: Əsgərlərdən rüşvət alıbmı?


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

Penitensiar Xidmətin hərbi hissəsinin bölük komandiri Kazım Həsənov rüşvət ittihamıyla məhkəmə qarşısına çıxarılıb. O, hərbi hissədə xidmət edən əsgərlərdən rüşvət alıb, onları şəhərə gəzintiyə buraxmaqda suçlanır. Amma K.Həsənov bu ittihamla razılaşmır. İyulun 2-də məhkəmədə ifadə verəndə özünü təqsirli bilmədiyini deyib.

İttihamda yazılıb ki, K.Həsənov hərbi hissədən bir neçə saatlıq buraxılış üçün hər əsgərdən 30-40 manat rüşvət alıb.

K.Həsənov isə deyir ki, yalandır, heç kimdən rüşvət almayıb. Əsgərləri şəhərə buraxanda hərbi biletlərini də onların özünə verib. Onun sözlərinə görə, əsgərlər hərbi hissəyə qayıdanda biletləri təhvil verirdilər.

“Bəzi əsgərlər axşam saat 9-da qayıdırdılar. Onda mən növbədə olmurdum. Növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi, çünki yerdəyişmələr olurdu, yeni əsgərlər gəlir, köhnələr gedirdi. Təxminən 70-80 əsgər mənim tabeliyimdə olurdu. Hamısını şəhər buraxılışına mən buraxırdım. Amma heç bir əsgərdən şəhərə buraxılış üçün pul almamışam. Başqa zabitlərin də almasını eşitməmişəm", – təqsirləndirilən şəxs belə deyib.

K.Həsənovun sözlərinə görə, o, cinayət məsuliyyətinə cəlb olunmamışdan öncə hərbi hissədə insident yaşanıb - bir əsgər o birini güllələyib: “Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi, bu üzdən baş vermişdi. Amma bu hadisənin mənə aidiyyəti yox idi”.

K.Həsənov CM-in Cinayət 311.3.2 (təkrar rüşvət alma) maddəsiylə ittiham olunur. Bu maddədə 8 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG