Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:51

Özbəkistanda mələk rəsmini 'abır-həya'ya salıblar


AzadlıqRadiosunun Mərkəzi Asiya müxbirləri yazırlar ki, Özbəkistanın qədim Kokand şəhərindəki divarlardan birini onilliklərdir bəzəyən mələk şəkli “abır-həyaya” salınıb.

Yerli teatrın divarına sovet dövründə çəkilmiş freska sözün əsl mənasında məhv edilib.

Özbəkistan sənətşünaslarından biri freskaya “hansısa rəngsazın” etdiyi düzəlişi tənqid atəşinə tutub.

Məsələ burasındadır ki, köhnə divar rəsminin kim tərəfindən “redaktə” edildiyi bilinmir. İstər sənət adamları, istərsə də özbək rəsmilər belə bir dəyişikliyi hiddətlə qarşılayıblar.

Özbəkistan hökuməti divar rəsminin bərpa edilməsi üçün rəssam Bahodir Jalolov-u təcili olaraq Kokanda ezam edib.

Lakin bu divar rəsmində düzəlişə məruz qalan təkcə mələk obrazı deyil.

Sənətşünas Akmal Rizayev deyib ki, freskadakı sovet hərbi formalarının üstündən rəng çəkilib və əvəzində rəsmdəki hərbçilər çobanlara çevrilib.

Rizayev AzadlıqRadiosuna bildirib ki, bu düzəlişlər 2017-ci ildə bölgəyə prezident Shavkat Mirziyoevin səfəri ərəfəsində Kokandın keçmiş merinin göstərişi ilə edilib.

AzadlıqRadiosu keçmiş mer Rahmatali Jalilovla əlaqə saxlaya bilməyib.

Divar rəsminin müəllifi, 70 yaşlı Jalolov deyib ki, o sözü gedən dəyişikliklərdən bu yaxınlarda xəbər tutub: “Mən hələ sağam. Ölməmişəm. Mən onların mənim işimə qarşı törətdikləri qəssablığı başa düşə bilmirəm. Mən prezidentə məktub yazaraq bu vandalizm aktından şikayət etmişəm”.

Özbəkistan Mədəniyyət Nazirliyi AzadlıqRadiosuna əsərin “məhv olduğunu” etiraf edib və bunun günahını tamamilə keçmiş Kokand merinin üzərinə qoyub.

Nazirliyin sözçüsü Mavluda Askarkhojaeva AzadlıqRadiosuna deyib ki, insidentin araşdırılması üçün Kokanda təhqiqat qrupu göndərilib.

Askarkhojaeva-nın sözlərinə görə keçmiş mer yarıçılpaq mələyin üstünü ona görə örtüb ki, onun firkincə bu rəsm özbək mənəvi standartlarına uyğun olmayıb:

"Nazirlik onun mühafizəsi altında olan bu mədəniyyət irsinə ziyan vurmuş hərəkəti pisləyir”.

Şəhər meriyasının yeni administrasiyası bildirib ki, divarüstü rəsmlərin bərpası üçün Mədəniyyət Nazirliyi ilə tam əməkdaşlıq edir.

Bu arada rəssam Jalolov öz əsərinin bərpası üçün iyunun 25-də Kokanda gəlib:

“Bu obrazlar tariximizin bir parçasıdır”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG