Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

Rusiyalı şübhəli kokain qalmaqalının ABŞ kəşfiyyatı tərəfindən qurulduğunu deyir


Argentinadakı Rusiya səfirliyində aşkar edilmiş yüklərdən 400 kiloqramadək kokain çıxıb

Rusiya mediasında yayılan xəbərlərə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib ki, onun 400 kiloqram kokaini Argentinadan Moskvaya gətirmək cəhdinin arxasında olduğunu bildirdiyi şəxs ABŞ kəşfiyyatının və Argentina polisinin qurmasının qurbanına çevrildiyini iddia edib.

AzadlıqRadiosu yazır ki, Andrey Kovalçukun vəkilinin fevralın 28-də etdiyi bu iddia Buenos Ayresdəki Rusiya səfiriliyinin məktəbinin anbarında aşkar edilmiş 16 ədəd yüklə əlaqədar insidentlə bağlı işdə yaşanan daha bir dönüş nöqtəsi olub. Bu 16 ədəd yükün içərisində tapılmış kokainin potensial küçə satışı qiyməti 60 milyon dollar təxmin edilir.

Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich ötən həftə bildirib ki, çantaların içərisində olan 389 kiloqram kokain 2016-cı ilin dekabrında Rusiya səfirindən və FTX-nin üç zabitindən alınmış informasiya əsasında aşkar edilib.

O deyib ki, bu “Argentinada indiyədək baş vermiş ən mürəkkəb və fövqəladə narkotik əməliyyatlarından” biri olub.

Nazirin sözlərinə görə, kokain unla əvəz edilərək 2017-ci ildə Rusiyaya göndərilib. Bu yükü qəbul etməyə gəlmiş iki nəfər isə həbs ediliblər. Bullrich bildirib ki, onun yalnız K hərfi ilə adlandırdığı şübhəli şəxs, iddia edildiyinə görə kokainin alınıb səfirliyə gətirilməsinə cavabdeh olub.

FTX bunu da bildirib iki ölkənin birgə kerçirdiyi əməliyyatın nəticəsində ümumilikdə Rusiyada üç, Argentinada iki şübhəli həbs olunub.

Amma bu işin təşkilatçısı sayılan şəxs - Argentinadakı Rusiya səfirliyinin keçmiş texniki işçisi Andrey Kovalçuk Almaniyada yaşayır və həbs üçün beynəlxalq axtarışa verilib.

Kovalçukun vəkili Vladimir Jerebenkov fevralın 27-də deyib ki, onun müdafiə etdiyi şəxs çamadanları səfirlikdə 2016-cı ildə qoyub və onların içində kokain yox, kofe, spirtli içkilər və başqa şeylər olub.

Rusiyanın dövlət və müstəqil mediası fevralın 28-də bildiriblər ki, Jerebenkov bu əməliyyatın ABŞ kəşfiyyatı və Argentina polisi tərəfindən Rusiya səfirlyini ləkələmək üçün keçirildiyini iddia edib.

Jerebenkov öz iddiasının təsdiqi üçün heç bir sübut təqdim etməyib. O deyib ki, Kovalçuk Rusiyaya gəlib istintaqla əməkdaşlıq etməyə hazırdır və təqsirsizliyinin isbat edilməsini və həqiqətin üzə çıxmasını istəyir.

Eyni zamanda fevralın 28-də Berlində mənzillənmiş rusdilli RTVD telekanalı həm də “baron Konstantin von Bossner” kimi tanınan Rusiya biznesmeni Konstantin Loskutnikovla müsahibənin bir parçaslını efirə verib. Bu müsahibədə Loskutnikov bildirir ki, Kovalçuku bir neçə il bundan əvvəl ona Rusiya təhlükəsizlik xidmətinin polkovniki kimi təqdim ediblər. Bu şərhin həqiqliyini müəyyənləşdirmək mümkün olmayıb.

Fevralın 23-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu xəbərlərlə Rusiyanın diplomatik korpusunun reputasiyasına kölgə salan medianı tənqid etmişdi.

Zaxarova demişdi: “Əksinə, bu əməliyyatın uğurunu Rusiya səfirinin və diplomatik heyətinin qətiyyətli hərəkətləri təmin edib”.

XS
SM
MD
LG