Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Kokain şübhəlisi Almaniyadan Moskvaya ekstradisiya edilib


400 kiloqramadək kokain 2016-cı ildə Argentinadakı Rusiya səfirliyinin yardımçı binasında aşkar edilmişdi
400 kiloqramadək kokain 2016-cı ildə Argentinadakı Rusiya səfirliyinin yardımçı binasında aşkar edilmişdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiasına görə 400 kiloqramadək kokaini Argentinadan Rusiyaya nəql etmək cəhdində şübhəli bilinən şəxs Almaniyadan Moskvaya ekstradisiya edilib və hazırda həbsxanadadır.

Şübhəli Andrei Kovalchuk-un vəkili Vladimir Zherebenkov iyulun 30-da deyib ki, onun müştərisi qanunsuz narkotik maddə qaçaqmalçılığında ittiham olunur və hazırda Moskvadakı “Matrosskaya Tişina” adlı təcridxanada saxlanır.

Zherebenkov Kovalchuk-un nə vaxt ekstradisya edildiyini deməyib. O martın 1-də Berlin yaxınlığında saxlanmışdı.

Vəkil deyib ki, onun müdafiəsindəki şəxs müstənqtiqlərin suallarına cavab vermir və özünə qarşı ifadə verməmək kimi konstitusiya hüququndan istifadə edir.

Rusiya hakimiyyət orqanları Rusiyanın Argentinadakı səfirliyinin anbar ərazisində aşkar edilmiş kokain dolu 16 çamadanla bağlı qəribə işdə Kovalchuku əsas şübhəli hesab edir. Bu qədər kokainin küçə satışı 60 milyon dollar gəlir gətirə bilərdi.

Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich ötən həftə bildirib ki, çantaların içərisində olan 389 kiloqram kokain 2016-cı ilin dekabrında Rusiya səfirindən və FTX-nin üç zabitindən alınmış informasiya əsasında aşkar edilib.

O deyib ki, bu “Argentinada indiyədək baş vermiş ən mürəkkəb və fövqəladə narkotik əməliyyatlarından” biri olub.

Nazirin sözlərinə görə, kokain unla əvəz edilərək 2017-ci ildə Rusiyaya göndərilib. Bu yükü qəbul etməyə gəlmiş iki nəfər isə həbs ediliblər. Bullrich bildirib ki, onun yalnız K hərfi ilə adlandırdığı şübhəli şəxs, iddia edildiyinə görə kokainin alınıb səfirliyə gətirilməsinə cavabdeh olub.

FTX bunu da bildirib iki ölkənin birgə kerçirdiyi əməliyyatın nəticəsində ümumilikdə Rusiyada üç, Argentinada iki şübhəli həbs olunub.

Amma bu işin təşkilatçısı sayılan şəxs - Argentinadakı Rusiya səfirliyinin keçmiş texniki işçisi Andrey Kovalchuk Almaniyada yaşadığına görə həbs üçün beynəlxalq axtarışa verilmişdi.

XS
SM
MD
LG