Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 09:48

BMT-nin keçmiş baş katibi Koffi Annan vəfat edib


Kofi Annan
Kofi Annan

BMT-nin keçmiş baş katibi, Nobel sülh mükafatı laeruatı Koffi Annan vəfat edib.

Annanın fondundan verilən məlumata görə, o xəstəlikdən sonra İsveçrədə vəfat edib. Mərhumun 80 yaşı var idi.

Kofi Annan əslən Qanadandır.

ABŞ və Avropada təhsil alıb,1960-cı ildən BMT-nin müxtəlif qurumlarında çalışıb.

1997-ci ildə isə təşkilatın baş katibi seçilib və iki müddət-2006-cı ilədək təşkilatın rəhbəri olub.

O, bu təşkilata rəhbərlik edən ilk qaradərili afrikalıdır.

Koffi Annan 2011-ci ildə BMT-nin Suriya üzrə xüsusi elçisi olub.

XS
SM
MD
LG