Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 16:53

'Qaçqınkom'un sifarişi ilə tikilən binalar necə satışa çıxarılacaq...


315 ailənin evi geri alına bilər - köçkünlər üçün sınaqlar
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

315 ailənin evi geri alına bilər - köçkünlər üçün sınaqlar

Prezident İlham Əliyev 2022-ci il aprelin 11-də verdiyi fərmanla "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nı təsdiq edib. Sənəd Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sifarişi ilə Bakı şəhərinin Ramana, Ümid, Хocəsən, Kürdəxanı qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa olunmuş və olunan çoxmənzilli binalardan bəhs edir. Qeyd olunur ki, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələri və müharibə əlillərinin mənzillə təminatına yönəldiləcək. Bu proses nə dərəcədə şəffaf aparılacaq?

'Xaraba qalmış' yataqxana: 27 ildi gözləyən köçkünlər
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Məcburi köçkün Aslan Əhmədov AzadlıqRadiosuna deyib ki, məcburi köçkünlərə nəzərdə tutulmuş sözügedən evlərin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb: "Nəzərdə tutulub ki, bu evlər qaçqın və məcburi köçkünlər üçün pulsuz verilsin. Hazırda ölkədə ev gözləyən xeyli təbəqə nümayəndələri var - şəhid ailələri, qazilər, gənc ailələr. Belə olan halda, əgər sözügedən evlər üçün vəsait artıq hesablanıb çıxılıbsa, dövlətin bu evləri pulla satması düzgün deyil".

Nazirlik: "Proses tam şəffaf keçiriləcək"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, proses tam şəffaf keçiriləcək və mənzillərin bazar dəyərini müstəqil qiymətləndirici müəyyən edəcək: "Satışın başlanmasına ən azı 15 gün qalmış kütləvi informasiya vasitələrində və rəsmi internet saytında satış elan ediləcək".

"30 ildir evimi köçkün tutub, özüm yataqxanada yaşayıram"
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Qeyd olunub ki, mənzillərin satışı nazirliyin saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Bildirilib ki, nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən hüquqi və fiziki şəxslərin qeydiyyatı aparılacaq: "Elektron kabinetlərdə mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olma imkanı yaradılacaq, mənzil seçiminin həyata keçirilməsi təmin ediləcək".

Mənzillərin hərrac vasitəsilə satış qaydasını isə Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq edəcək. Vurğulanıb ki, satışdan əldə olunan gəlirin bir qismi regionlarda binalardan mənzil alınaraq dövlət hesabına ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə, müharibə əlillərinə verilməsinə, digəri isə fərdi evlərin tikintisinə sərf olunacaq.

N.Əliyev
N.Əliyev

"Onlar yenə şübhəli üsullara meyl edirlər"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, əgər hökumət, həqiqətən də, qeyd edilən kateqoriyadan olan insanların həyat səviyyəsini yaxşılaşdırmaq istəyirsə, o zaman ən doğru yol alver müstəvisinə keçmədən həmin o mənzilləri birbaşa onlara verməkdir: "Rahat, ən ucuz başa gələn və bütün şübhələri rədd edən yol yalnız bundan ibarətdir. Amma biz görürük ki, onlar yenə şübhəli üsullara meyl edirlər".

"Satış məsələsi daha çox gözdən pərdə asmaq üçündür"

Onun sözlərinə görə, digər tərəfdən, həmin evlərin satılmasından əldə olunan gəlir o qədər də çox olmayacaq: "Azərbaycan neft və qazın bahalaşmasından yalnız ötən il 13 milyard dollar pul qazanıb. Əgər hökumətin, doğrudan da, elan etdiyi kateqoriya insanlarının həyat səviyyəsini yaxşılaşdırmaq niyyəti varsa, bu vəsaitin bir hissəsi ilə bütün şəhid ailələrinin, müharibə veteranlarının həyat səviyyəsini yaxşılaşdırmaq mümkündür. Hökumət bunu etmirsə, deməli, bu satış məsələsi daha çox gözdən pərdə asmaq üçündür".

Köçkünlərə evlər Qarabağda deyil, Sumqayıtda tikilir - Tender müəmması
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Köçkünlərin bir çoxunu hökumət mənzillərlə təmin etmişdi. Bir qismi, hələ də növbədədir.

İndi köçkünlərin işğaldan azad edilən ərazilərə qaytarılması nəzərdə tutulur.

XS
SM
MD
LG