Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Köçkünlərin orta əmək haqlarının verilməməsinin səbəbi bilindi


Əli Həsənov qaçqınların işıq pulları haqda
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Əli Həsənov qaçqınların işıq pulları haqda

Qaçqın və Köçkünlərlə İş üzrdə Dövlət Komitəsinin mətbuat xidməti noyabrın 22-si işlə təmin edilməyən məcburi köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirib.

Komitə bildirir ki, Nazirlər Kabineti 1994-cü il mayın 10-da «Büdcədən maliyyələşdirilən təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» qərar verib. Həmin qərarın 2-ci bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işsiz qalan məcburi köçkünlərə 1994-cü il sentyabrın 1-nə kimi əmək haqları verib.

***Buna da bax-'Dondurulmuş maaşlarımızı tələb edirik'

«Sonrakı illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılıb. Beləliklə, belə məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqı 1 yanvar 2017-ci il tarixədək verilib.

Bir ay əvvəl evi yanan köçkünlər qalmağa yer tapa bilmir
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Cari ildə də Komitə həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparıb. Lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il 1 yanvar tarixindən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqının verilməsi dayandırılıb».

KÖÇKÜNLƏRİN BÜDCƏSİ KƏSİLİB

Məlumatda bildirilir ki, həmin köçkünlərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin 9 ayında müraciət edənlərin 1150 nəfəri artıq işlə təmin edilib:

***Buna da bax-Prezident köçkünlərlə bağlı verdiyi fərmanı dəyişdi

«Onu da bildiririk ki, həmin vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu və Komitəyə aidiyyəti olmayıb».

Komitə vurğulayır ki, baş verənlər köçkünlərin özlərinə də izah edilib.

XATIRLATMA

Ancaq bu il noyabrın 1-i Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsinin üzvləri Nazirlər Kabinetinin qəbul otağına yığışaraq, bu məsələ ilə bağlı öz şikayətlərini dilə gətiriblər. Bunun ardınca noyabrın 15-i bir qrup köçkün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrdə Dövlət Komitəsinin qarşısında etiraz aksiyasına cəhd göstərib.

«Sədr Əli Həsənov həmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşüb və onlara ətraflı izahatlar verib», - məlumatda vurğulanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG