Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Kocharyan dindirilməkdən çəkinmədiyini bildirib


Robert Kocharyan
Robert Kocharyan

Ermənistanın ikinci prezidenti Robert Kocharyan-ın sözçüsü Viktor Sogomonyan Azatutyun radiosuna deyib ki, onlar Ermənistanın Xüsusi İstintaq Xidmətindən rəsmi çağırış almayıblar.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Kocharyan bu quruma dindirilmək üçün dəvət edilib.

Lakin sözçü deyib ki, ortalıqda rəsmi çağırış olmadığına görə bu xəbərləri şərh edə bilməz.

Xüsusi İstintaq Xidmətinin rəisi iyulun 4-də keçirilən hökumət müşavirəsindən əvvəl Azatutyun radiosunun sualalrına cavab verərkən deyib ki, Kocharyan onun rəhbərlik etdiyi quruma şahid qismində ifadə vermək üçün çağırılıb.

Viktor Sogomonyan bunu da deyib ki, Kocharyan keçmişdə dəfələrlə vurğuladığı kimi indi də dindirilməsində heç bir problem görmür.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistanın ikinci prezidenti Robert Kocharyan-a Xüsusi İstintaq Xidmətində 2008-ci ilin 1-2 mart hadisələri barədə cinayət işi üzrə dindirilməyə gəlməsi üçün çağırış göndərilib. Bu məlumatı AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytına şərhində xidmətin mətbuat katibi Marina Ogajanian təsdiq edib.

Xüsusi İstintaq Xidmətinin Kocharyan-ı dindirməyə hansı statusda çağırdığı bilinmir.

2008-ci ilin 1-2 mart hadisələrindən 10 il sonra həmin olaylarda müxalifətin nümayəndəsi olmuş Nikol Pashinian indi baş nazirdir və Kocharyan bu iş üzrə ilk dəfədir ki, dindirilməyə dəvət olunur.

Qeyd etmək lazımdır ki, 2008-ci il martın 1-də Serj Sarkisian-ı hakimiyyətə gətirmiş Ermənistan prezident seçkisinin ardınca keçirilən kütləvi etiraz aksiyalarında güc strukturları ilə nümayişçilər arasında toqquşmalar baş vermişdi.

2008-ci il martın 1-də sübh çağı polis qüvvələri Azadlıq meydanında gecələyən müxalifət etirazçılarının üzərinə yeridilmişdi.

Bu meydana toplaşanlar seçkinin rəsmi nəticələrinə etiraz edirdilər.

Elə həmin gün daha sonra Yerevanda Aleksandr Myasnikyanın abidəsi yaxınlığında etirazçılarla polis arasında toqquşmalar baş vermis, bu qanlı hadisədə 10 nəfər həlak olmuşdu.

Hadisələrdən on il sonra 1 mart olayının təfərrüatları müəmmalı olaraq qalır.

Xüsusi İstintaq Xidmətinin yeni rəhbəri Sasun Khachatryan bu günlərdə deyib ki, onun təşkilatı 1 mart hadisələrini çözmək üçün siyasi iradəyə malikdir.

Xüsusi İstintaq Xidməti iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mikael Arutyunyan 1 mart işi üzrə cinayət məsuliyyətinə cəlb edilib və onun həbsi barədə vəsatət məhkəməyə göndərilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG