Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Kocharian-ın hakimi dəyişdirmək barədə vəsatəti rədd edilib


Robert Kocharian
Robert Kocharian

Ermənistanda Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Kocharian-ın hakim Ruben Mkhitarian-ın özünü bu mühakimədən aralaması barədə vəsatətini rədd edib.

AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytının yazdığına görə keçmiş prezidentin vəkili Ayk Alumian jurnalistlərlə söhbətində deyib ki, onların fikrincə bu məhkəmə qanuna əsaslanmır.

Bundan əvvəl Alumian demişdi ki, Robert Kocharian-ın vəkillər qrupu bu işə baxan hakimin Kassasiya Məhkəməsində püşklə müəyyən edildiyindən xəbər tutub. Alumian-ın sözlərinə görə bu iş üzrə heç bir püşkatma nəzərdə tutulmamışdı.

Vəkil deyib ki, onlar “qanunsuzluqdan başlanan işin qanunla başa çatacağına inanmırlar”. Bununla yanaşı vəkil bildirib ki, onlar dinləmələri sadəcə olaraq boykot edə bilməzdilər, çünki proses vəkillərsiz də davam etdiriləcəkdi:

“Buna görə də biz prosesdə iştirak etməyə məcburuq”.

Noyabrın 28-də Apellyasiya Məhkəməsində toxunulmazlıq prinsipi əsasında Kocharian barədə həbs qətimkan tədbirinin ləğvi ilə bağlı vəsatətə də baxılıb.

Vəkil Alumian deyib ki, Kocharian-ın həbsi barədə məsələyə hələ baxılmayıb və onlar noyabrın 29-da bir neçə vəsatət təqdim etməyə hazırlaşırlar.

Noyabrın 15-də Kassasiya Məhkəməsi Baş Prokurorluğunun Apelyasiya Məhkəməsinin həbs qətimkan tədbirini ləğv etməsindən şikayətini qismən təmin edib. Robert Kocharian-ın həbsi ilə bağlı məsələ yenidən aşağı məhkəmə instansiyasına göndərilib.

Kocharian 2008-ci il 1 mart hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Ermənistanın baş prokuroru Artur Davtian Kocharian-ın həbsini tələb edir
Ermənistanın baş prokuroru Artur Davtian Kocharian-ın həbsini tələb edir

İyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxıb.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət veriblər.

Vəkillər məhkəmədə Kocharian-ın həbsi əleyhinə daha iki dəlilə baxılmasını istəyirdilər. Kassasiya Məhkəməsi müdafiə tərəfinin vəsatətlərini rədd edib.

Noyabrın 28-də keçirilən məhkəmədə şəxsən iştirak edən baş prokuror Artur Davtian deyib ki, Robert Kocharian həbsdə saxlanmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG