Keçid linkləri

Təcili xəbərlər
2023, 06 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Robert Kocharian məhkəmə qərarı ilə sərbəst buraxılıb


Robert Kocharian

Ermənistanın keçmiş przeidenti Robert Kocharian məhkəməyə qədər saxlandığı təcridxanadan azad edilib. Bu, ölkə Apellyasiya Məhkəməsinin avqustun 13-də çıxardığı hökmün nəticəsində mümkün olub. Hökmdə deyilir ki, keçmiş prezident 2008-ci ildə seçki sonrası baş vermiş zorakılıqlara görə mühakimə edilə bilməz.

Kocharian-ın vəkili Ruben Sahakian deyib ki, məhkəmənin qərarı Konstitusiyanın 140-cı maddəsinə söykənir. Bu maddədə deyilir: “hakimiyyəti müddətində və bundan sonra Respublika Prezidenti onun statusundan qaynaqlanan hərəkətlərə görə mühakimə edilə və məsul tutula bilməz”.

Ötən iyul ayında həbs olunmuş 63 yaşlı Robert Kocharian Kocharian-a qarşı 2008-ci ildə seçki sonrası 10 nəfərin ölümü ilə nəticələnmiş zorakılıqlara görə ittiham irəli sürülmüşdü.

Kocharian “Ermənistanda Konstitusiya quruluşnu devirmək” ittihamını siyasi motivli adlandıraraq rədd edirdi.

XS
SM
MD
LG