Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Kocharian yeni hökuməti 'inqilabi romantizm'də günahlandırır


Robert Kocharian .Ermənistanın keçmiş prezidenti.
Robert Kocharian .Ermənistanın keçmiş prezidenti.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian yeni ölkə hakimiyyətinin “inqilabi romantizmini” tənqid edib.

Bu barədə oktyabrın 13-də AzadlıqRadiosunun erməni xidməti məlumat verir.

O, eyni zamanda “Bloomberg”ə müsahibəsində deyib ki, hazırda yüksək vəzifə tutmaq fikri yoxdur.

“Yeni hökumətin qüsurlarını görürəm,ona məntiqli tənqidlər lazımdır”, Kocharian deyib.

Amma o, şəxsən nəyi dəyişmək istərdi barədə bir şey deməyib.

“Bloomberg”in şərhçiləri, Moskva ilə sıx əlaqələri olan keçmiş prezidentin Ermənistandakı “məxməri inqilab”dan 5 ay sonra yenidən siyasətə döndüyünü deyirlər.

Qeyd edək ki, yeni Ermənistan hakimiyyəti Kocharianı 2008-ci il mart hadisələrində-konstitusyon quruluşu dəyişməkdə ittiham edir.

Həmin vaxt seçkidən az sonra keçirilən kütləvi etiraz aksiyaları yatırılarkən 10 adam öldü.

AHəmin hadisələr vaxtı öldürülənlərin fotoları
AHəmin hadisələr vaxtı öldürülənlərin fotoları

Hazırda bu işlə bağlı Kochariana qarşı cinayət işi açılıb.

Onun barəsində həbs-qətimkan tədbiri də seçilmiş və həbs edilmişdi, amma az sonra apellyasiya məhkəməsi qərarı ləğv elədi.

Qeyd edək ki,2008-ci ilin prezident seçkisində, Kochariandan sonra, Pashinyanın 5 ay əvvəl təşkil etdiyi etirazlarla hakimiyyətdən kənarlaşdırılan Serzh Sarkisian hakimiyyətə gəlmişdi.

Seçkinin saxtalaşdırıldığını deyən müxalifət qüvvələri isə küçələrə axışmışdı.

Ermənistanda etiraz ümayişi, 2008-ci il 1 mart
Ermənistanda etiraz ümayişi, 2008-ci il 1 mart

​Amma buna baxmayaraq Serzh Sarkisian 2 müddət hakimiyyətdə qaldı və konstitusiyaya düzəlişi ilə 5 ay əvvəl baş nazir kimi yenə də hakimiyyətdə qalmaq istəyəndə Pashinyan xalqı kütləvi etirazlara çağırdı.Sonda Sarkisian xalqın təzyiqi altında istefa verməli oldu.

Bloomberg yazır ki, hazırkı baş nazir Nikol Pashinyanın, keçmiş hakimiyyətin korrupsiya sistemi və qanunsuzluqlarından qəzəblənmiş Ermənistan xalqı arasında indi böyük rəğbəti var və keçmiş prezident Robert Kocharianı həmin hadisələr görə mümkün həbs təhlükəsi gözləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG