Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Kocharian-ın məhkəməsini aparan hakim işə baxmaqdan imtina edib


Hakim Nelli Bagdasarian
Hakim Nelli Bagdasarian

Ermənistanda hakim Nelli Bagdasarian 1 mart 2008-ci il hadisələri zamanı ölkədəki konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kocharian-ın işi üzrə məhkəməni aparmaqdan imtina edib.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, bu barədə məlumatı Kocharian-ın vəkili Aram Orbelian verib.

Vəkil bildirib ki, hakimin bu qərarı barədə əsaslandırma hələlik verilməyib.

Buna baxmayaraq Orbelian deyib ki, o hakimin işdən imtina etməsini ədalətin icrasından çəkinmə kimi qiymətləndirir.

Onun sözlərinə görə, müdafiə tərəfi dekabrın axırlarından gedən prosesə heç bir yeni material təqdim etməyib və hakim belə bir qərarı daha əvvəl qəbul edə bilərdi.

Vəkil ümid etdiyini bildirib ki, tezliklə bu işin dinlənilməsi başqa bir hakimə həvalə olunacaq.

Sözü gedən məhkəmə prosesində Kocharian-ın zaminə buraxılması barədə vəsatətə baxılırdı.

Xəbər verilir ki, bundan az əvvəl prokurorluq və müstəntiq hakim Nelli Bagdasarian-ın bu işdən imtina etməsi barədə vəsatət təqdim etmişdilər.

Kocharian-ın vəkili Ayk Alumian məhkəmə iclasından sonra deyib ki, Bagdasarian-ın işi aparmaqdan imtina etməsi bu iş üzrə başqa bir müttəhimin məhkəməsinə baxan başqa bir hakimin də işə baxmaqdan imtina etməsi ilə bağlıdır.

Vəkilin sözlərinə görə iki hakim ailəvi dost münasibətlərdə olduğuna görə işdən imtina ediblər. Başqa sözlərlə onlar qərəzdə ittiham olunmaq istəməyiblər.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

https://rus.azatutyun.am/a/29701472.html

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG