Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Kocharian-ı azadlığa buraxan hakimin kabineti möhürlənib


David Grigorian
David Grigorian

Ermənistanın Xüsusi İstintaq Xidməti Yerevanın birinci instansiya məhkəməsinin hakimi David Grigorian-ın kabinetində axtarış aparıb.

Qurumun bu barədə AzadlıqRadiosu Erməni xidmətinə məlumat verən mətbuat katibi Marina Ohajanian deyib ki, axtarış Xüsusi İstintaq Xidmətinin araşdırdığı bir işə görə aparılıb.

Mətbuat katibi bunu da deyib ki, hakimin kabineti möhürlənib.

Azatutyun bildirir ki, məhz bu hakim mayın 18-də Ermənistanın keçmiş prezidenti Robert Kocharian-ın sərbəst buraxılması barədə qərar qəbul etmişdi.

Kocharian 2008-ci il martın 1-də Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Həmin hakim mayın 20-də Kocharian-ın cinayət işinə xitam vermiş və işin konstitusiya baxımından legitimliyinə qiymət verilməsi üçün onu Konstitusiya Məhkəməsinə göndərmişdi.

Başqa sözlərlə, hakim Grigorian keçmiş prezidentə qarşı konstitusiya quruluşuna qəsd ittihamının qanuniliyini şübhə altına almışdı.

Azatutyun yazır ki, yerli media ilə söhbətində hakim Grigorian onun kabinetində aparılmış axtarışın hər hansı bir şəkildə Kocharian-ın işi ilə bağlılığına dair suala “hamı hər şeyi bilir” cavabını verib.

Amma bununla yanaşı hakim deyib ki, axtarış tamam başqa bir işlə əlaqədar keçirilib.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian iyunun 25-də Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin, yəni sözü gedən hakim Grigorian-ınqərarını ləğv etdikdən az sonra Yerevan həbsxanasına qaytarılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG