Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:43

Koçaryana Ermənistandan çıxmaq icazəsi verilib


Robert Koçaryan

Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana fevralın 3-dən 8-dək ölkədə olmamaq icazəsi verib.

Onun konstitusiya quruluşunu devirmək ittihamı ilə məhkəməsi aylardır ki, davam edir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, bu barədə qərarı hakim Gevork Bağdasaryan fevralın 3-də Koçaryanın və onun tabeçiliyində olmuş daha üç nəfərin məhkəməsində elan edib.

Bağdasaryan deyib ki, məhkəmə, polisdən göstərilən müddətdə Koçaryanın ölkədən çıxışına qoyulmuş qadağanın qaldırılmasını rica edib.

Məhkəmə bildirir ki, bu tədbir müvəqqətidir və Koçaryanın ölkədən çıxış qadağanı bərpa olunacaq.

Prokurorluq izahat istəyir

Lakin prokuror Koçaryana hansı əsasla ölkədən çıxış icazəsi verilməsi barədə izahat istəyib:

“Biz bu məsələni bundan əvvəlki məhkəmə iclasında qaldırsaq da, heç bir izahat almamışıq. Robert Koçaryana Ermənistanı tərk etmək icazəsinin hansı əsaslarla verildiyi bizə məlum deyil...”

Məhkəməyə sədrlik edən Anna Darbinyan deyib ki, prokurorluq lazımi qaydada bu qərardan şikayət verə bilər.

Robert Koçaryanın ofisindən verilən məlumata görə o AFK “Sistema” korporsiyasının 3-8 fevralda keçiriləcək direktorlar şurasında iştirak etmək üçün fevralın 3-də Moskvaya gedəcək.

AFK “Sistema” Rusiyada özəl investisiya şirkətlərindən biridir. Onun idarə heyətinə həm də Anatoli Çubays daxildir.

XS
SM
MD
LG