Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Kiyevdə rusiyayönlü fəallarla toqquşma olub


Kiyevin mərkəzində, prezident administrasiyasının yaxınlığında toplaşmış rusiyayönlü bloger Anatoly Sharia-nın tərəfdarları ilə millətçilər arasında toqquşmalar baş verib.

Mitinqçilərin üstünə tüstü qumbaraları atan və qaz baloncuqlarından istifadə edənlərlən bir neçəsi saxlanıb.

Polisin kifayət qədər sərt davrandığı xəbər verilir.

“Demokratik balta” və bir çox başqa təşkilatlar da elə həmin yerdə “Kiyev ukrayn şəhəridir mövzusunda maarifləndirici” aksiya keçirəcəklərini bildirmişdilər.

“Ukrainskaya Pravda” qəzetinin yazdığına görə prezident Volodymyr Zelenskiy-nin ofisi yerləşən binanın yaxınlığına Sharia-nın 500-dək tərəfdarı toplaşmışdı.

Onlar dövlət başçısından polis zorakılığının dayandırılmasını tələb edir və “Vova çıx bayıra”, “Sən bizim prezidentimiz deyilsən” kimi şüarları səsləndirirdilər.

Bunun ardınca aksiya iştirakçıları şəhərin küçələrinə çıxmışdılar. Onların etirazına iyunun 15-də Shevchenko şəhər məhkəməsinin qarşısında polisin hərəkətləri səbəb olmuşdu.

Həmin gün məhkəmə Odessa “Sağ sektor” təşkilatının keçmiş lideri, qətldə ittiham olunan Sergey Sternenkonu ev məhbusluğuna göndərmişdi.

Dinləmə zamanı elə məhkəmə salonunda onu dəstəkləyən aksiya keçirilirdi. O vaxt da polislə toqquşmalar barədə xəbərlər yayılmışdı.

İyunun 17-də Kiyevdəki Müstəqillik meydanına ikiyüzədək etirazçı toplaşmışdı. Onlardan bəzilərinin üstündə Rusiyada qadağan edilmiş “Sağ sektor”un simvol və nişanları vardı.

XS
SM
MD
LG