Ukraynanın paytaxtı Kiyevin Müstəqillik meydanında sahibkarların aksiyası zamanı polislə etirazçılar arasında toqquşmalar olub.
AzadlıqRadiosunun Ukrayn xidmətinin verdiyi xəbərə görə dekabrın 15-də eirazçılar Maydanda çadırlar qurmağa cəhd göstəriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun qarşısını almağa çalışırdılar.
Lakin az sonra məlum olub ki, meydanda hər halda bir neçə çadır qurulub.
Bu aksiyanı minlərlə fərdi sahibkar dəstəkləyirdi.
Bu da xəbər verilir ki, polis aksiya saatlarında paytaxtın hökumət binaları yerləşən hissəsini tamamilə bağlamışdı.
Daş və səs qumbaraları
Etirazçılardan bəziləri polisə daş və səs qumbaraları atırdılar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edirdi.
Aksiyaçılar Kiyevin mərkəzindəki meydanı boşaltmayacaqlarını bildirmişdilər.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında polislə toqquşmada 40-dan çox adamın xəsarətlər aldığı bildirilir.
Xəsarət alanlardan neçəsinin polis, neçəsinin etirazçı olduğu açıqlanmır.
Sahibkarlar koronavirus pandemiyası ilə bağlı biznesə qoyulan məhdudiyyətlərdən narazıdırlar.
Onlar habelə kiçik və orta biznesə vergilərin azaldılmasını tələb edirlər.