Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Kiyev elə ilk gündən təyyarənin vurulduğunu bilirmiş


Aleksei Danilov- Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi
Aleksei Danilov- Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi

Kiyev, İranın yanvarın 8-də Ukrayna təyyarəsini raketlə vurmasını bilirmiş, amma qəza yerinə baxa bilmək üçün, bu məlumatı açıqlamamaq qərarına gəlib.

Bunu Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksei Danilov AzadlıqRadiosunun “Nastoyaşie vremya” televiziya layihəsinə müsahibəsində deyib.

“Artıq yanvarın 8-də bizdə ilkin belə bir məlumat var idi, amma yekun olaraq biz bunu yanvarın 9-da bildirik”Ş Danilov deyib.

O qeyd edib ki, Ukraynanın Tehrandakı səfirliyi həmin vaxt terror versiyasını istisna edərkən Ukrayna baş qərərgahının göstərişi ilə hərəkət edib.

“Bizə, Tehranın Ukrayna nümayəndə heyətini qəbul etməyə razılıq verməsi lazım idi. Bunu biz göstəriş vermişdik.Tehran buna razılıq verdikdən sonra həmin informasiya çıxarıldı”, Danilov vurğulayıb.

Ukrayna müxalifəti prezident vladimir Zelensky-nin bununla bağlı bəyanat verməməsini tənqid edib.

Danilovun sözlərinə görə, təyyarənin vurulması ilə bağlı ilk bəyanat yayan Böyük Britaniya ilə Kanada siyasi səbəblərdən çıxış edə bilərdilər. Amma Kiyev "praqmatik" bir yanaşma etdi, çünki "bizim vəzifəmiz həqiqəti üzə çıxarmaq idi".

Danilov deyib ki, ukraynalı müstəntiqlər belə qənaətə gəliblər ki, təyyarə Rusiya istehsalı olan “Tor” raketi ilə vurulub.

O, həmçinin bildirib ki, İranın 3 gündən sonra təyyarənin vurulmasını etiraf etməsi gərginliyi bir qədər azaltdı.

Qeyd edək ki, Ukrayna təyyarəsinin yanvarın 8-də Tehranda vurulması nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həlak olub. Onların əksəriyyəti İran və Kanada vətəndaşlarıdır.

İran bu hadisədən bir neçə saat əvvəl, İraqdakı ABŞ bazalarına raket zərbələri endirirdi.

İran hakimiyyəti ilkin olaraq təyyarənin raketlə vurulmasını inkar edirdi, amma sonradan- yanvarın 11-də bunu etiraf elədi.

Bundan sonra-elə həmin gün paytaxt Tehran və ölkənin digər şəhərlərində etiraz aksiyaları başlanıb.

Aksiyaçılar mövcud rejimi xalqı aldatmaqda ittiham edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG