Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 14:24

Kiyevdə avtomobil partlayışında gürcü soyadlı çeçen həlak olub


Ukrayna paytaxtı Kiyevdə avtomobildə baş vermiş ş partlayış nəticəsində bir nəfər həlak olub və daha iki nəfər yaralanıb. Polis bunun son bir ildə Kiyevdə törədilmiş dördüncü avtomobil partlayışı olduğunu deyir.

Polis və şahidlər sentyabrın 8-də həlak olmuş şəxsin Gürcüstan vətəndaşlıqlı çeçen Timur Maxauri olduğunu bildiriblər.

Polis və Maxaurini tanıyan bir neçə nəfər onun Ukraynanın şərqində rusiyayünlü separatçılara qarşı döyüşən könüllü batalyonun üzvü olduğunu deyirlər.

Bu məlumatı hələlik təsdiq etmək mümkün olmayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Artyom Şevçenko AzadlıqRadiosuna deyib ki, Maxauri “kriminal çevrələrdə” dolaşırdı və “heç də qanunsevər vətəndaşlara nümunə ola bilməzdi”.

Şevçenko deyib ki, hadisə ilə əlaqədar “ictimaiyyət üçün təhlükəli metodla əvvəlcədən hazırlanmış qəsdlə qətl” ittihamı ilə cinayət işi açılıb.

Bəzi xəbərlərə görə Maxauri hələ yanvar ayında elə indiki partlayışın baş verdiyi yerdə həbs olunmuşdu. Onu silsilə maşın oğurluqları və qanunsuz silah gəzdirməkdə şübhəli qismində saxlamışdılar.

Timur Maxauri ötən yanvarda polis tərəfindən saxlanmışdı
Timur Maxauri ötən yanvarda polis tərəfindən saxlanmışdı

Maxauri ilə birlikdə könüllü batalyonda xidmət etmiş Timerhan Minayev Ukraynanın Kanal 112 televiziyasına deyib ki, bundan əvvəl Maxaurinin həyatına bir neçə dəfə sui-qəsd cəhdləri olub.

Polis bildirir ki, Maxauri yerli vaxtla axşam saat 6:10-da Kiyevin Arena City əyləncə mərkəzinin yaxınlığında ona məxsus qara rəngli və Gürcüstan dövlət nişanlı Toyota Camry avtomobilndə baş vermiş partlayış nəticəsində həlak olub.

Bu hadisə zamanı ağır yaralanmış qadın xəsətəxanaya çatdırılıb, onunla olan 5-10 yaşlarında uşağın isə durumu qənaətbəxşdir. Polis onların Maxauri ilə əlaqəsi olmadığını deyib.

AzadlıqRadiosunun müxbiri Christopher Miller hadisə yerindən xəbər verir ki, polis, təhlükəsizlik xəfiyyələri və bomba ekspertləri Basseyna və Velika Vasilkivska küçələrinin kəsişməsini bağlayıblar.

Son 14 ayda Ukraynada qəsdən törədilmiş 3 avtomobil partlayışı qeydə alınıb. Bu partlayışlarda iki təhlükəsizlik əməkdaşı və tanınmış jurnalist Pavel Şeremet həlak olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG