Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Kiyevə intensiv dron zərbələri endirilib


Kiyevdə dron zərbəsindən dağılmış bina
Kiyevdə dron zərbəsindən dağılmış bina

Mayın 16-da səhər saatlarında Rusiyanın Kiyevə bir gecədə "son dərəcə intensiv" dron zərbələri endirdiyi, Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin hücumları əsasən dəf etdiyi bildirilir. Bu arada Moskva Ukraynanın şərqi Donetskin vilayətindəki məntəqələrə hava hücumlarını gücləndirib.

Rusiyanın hava fəaliyyətinin artırması Ukraynanın əks-hücumu gözləntiləri fonunda baş verir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Avropa turunu başa vurub, Roma, Berlin, Paris və Londondakı müttəfiqlərindən daha çox hərbi dəstək vədləri əldə edib.

Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, hücum uğursuz olub, pilotsuz təyyarələrin əksəriyyəti Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən “aşkarlanaraq məhv edilib”.

Kiyevin meri Vitali Kliçko Telegram-da hücum zamanı 3 nəfərin yaralandığını yazıb.

Hərbi Hava Qüvvələri Komandanlığının mayın 16-da yaydığı məlumata görə, Rusiya ötən gecə Ukraynadakı müxtəlif hədəflərə çoxu havadan olmaqla ən azı 18 raket atıb, lakin onların hamısı Ukrayna havadan müdafiə sistemi tərəfindən vurulub. Açıqlamada hücumun şimal, cənub və şərq olmaqla üç tərəfdən gerçəkləşdirildiyi, yerli vaxtla saat 03:30-da başladığı bildirilib.

Ukrayna Baş Qərargahı mayın 16-da gündəlik hesabatında Donetskdə son 24 saat ərzində cəbhə xətti boyunca 48 hava hücumunun qeydə alındığını açıqlayıb. Hərbçilər Baxmut, Avdiyivka və Maryinkada son 48 saat ərzində 49 döyüş əməliyyatının keçirildiyini bəyan edib.

Dörd dinc sakin həlak olub

Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko mayın 15-də Rusiyanın Avdiyivkadakı xəstəxanaya raket hücumu nəticəsində 4 mülki vətəndaşın həlak olduğunu bildirib.

Ukraynanın yüksək rütbəli komandiri isə mayın 15-də deyib ki, quru qoşunları Baxmutda Rusiya qüvvələrini dəf edə bildiklərini sübut ediblər.

General-polkovnik Aleksandr Sırski mayın 15-də Ukrayna Media Hərbi Mərkəzinin Teleqram kanalına deyib: “Baxmutun müdafiəsi davam edir və son günlər göstərdi ki, Ukrayna orada irəliləyib Rusiya qüvvələrinə məhv edə bilər. Qoşunlarımızın Baxmut istiqamətində irəliləməsi şəhərin müdafiəsində ilk uğurlu hücum əməliyyatıdır”.

Zelenski mayın 15-də Kiyevə qayıdarkən qatarda çəkdiyi videoda qeyd edib ki, “cəbhə üçün daha güclü silahlar, daha çox döyüş sursatı, xalqımız üçün daha çox müdafiə, daha çox siyasi dəstək” daxil olmaqla, yeni müdafiə paketləri ilə dönür.

Britaniya Ukraynaya 250 km məsafəni vura bilən raketlər verir
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Qırıcı koalisiyası

Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) mayın 15-də Londonda ukraynalı pilotlara təlim keçəcək döyüş təyyarələri koalisiyasını müzakirə ediblər. Baş nazirin sözlərinə görə, bu, çox vacibdir, çünki Ukrayna hazırda səmaya nəzarət edə bilmir.

Ukrayna əvvəllər də qırıcı koalisiyası ideyasını gündəmə gətirib və ABŞ-a qoşulması üçün təzyiq göstərib.

Avropa lideri ilə danışıqlardan sonra Zelenski bildirib ki, koalisiya yaratmaq imkanı haqda “son dərəcə pozitiv” düşünür, yaxın gələcəkdə “vacib qərarlar” veriləcək. Zelenski gecə paylaşdığı videomüraciətində deyib ki, Britaniya və Polşa koalisiyaya qoşulmağa razılaşıblar: “Britaniya - bəli. Polşa - bəli. Əminəm ki, Fransa və digər tərəfdaşlar da qoşulacaqlar”.

Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) daha sonra verdiyi müsahibədə qeyd edib ki, ölkəsi Ukraynalı döyüş təyyarəsi pilotlarına Fransada təlim keçməyə açıq yanaşır, bu təlim proqramları dərhal başlaya bilər.

Əksər Qərb ölkələri, o cümlədən ABŞ müharibənin qızışa biləcəyi ehtimalından narahat olaraq Ukraynanın döyüş təyyarələri tələbinə qarşı çıxıb.

Ukrayna prezidenti mayın 15-də Londona, mayın 14-də Berlin və Parisə, ondan bir gün öncə isə Romaya səfər edib. Berlin bu səfərdən bir gün əvvəl Ukraynaya 2,7 milyard avroluq (3 milyard dollar) yeni müdafiə paketi vəd edib. Bu da Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən bu yana ən böyük müdafiə paketidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG