Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Kiyevdə baş vermiş partlayışda bir nəfər ölüb, üç nəfər yaralanıb


Hadisə yerində
Hadisə yerində

Ukrayna Daxili İşlər Nazirliyinin Facebook səhifəsində verilən xəbərə görə Kiyevdə, oktyabrın 25-də, axşam saatlarında törədilmiş partlayış nəticəsində bir nəfər həlak olub və daha üç nəfər yaralanıb. Yaralıların arasında müxalif millətçi Radikal Partiyadan millət vəkili İhor Mosiyçuk da var.

Partlayış Mosiyçuk və bir neçə başqa şəxs Kiyevin Solomyanski rayonundakı televizya stansiyasından çıxarkən baş verib.

Daxili İşlər Nazirliyinin müşaviri Zoryan Şkiryak deyib ki, Mosiyçuk və onunla birlikdə yaralanmış Ukrayna politoloqu Vitali Bala hazırda xəstəxanadadırlar.

​Şkiryak bildirib ki, hadisə yerinin ilkin müayinəsi partlayışın telekanalın giriş qapısının yanında parklanmış motosikletdə baş verdiyini göstərir.

O həmçinin deyib ki, hadisə “kiminsə həyatına sui-qəsd cəhdi” kimi araşdırılır.

Mosiyçukun mətbuat xidməti Facebook səhifəsində yazıb ki, Expreso TV6 telekanalının yaxınlığında millət vəkilinin həyatına sui-qəsd cəhdi olub.

Onun aldığı yaraların ciddi olmadığı bildirilir.

Lakin Mosiyçukun Radikal Partiyasından olan başqa bir millət vəkili, Dmitro Linko Facebook səhifəsində yazır ki, “İhor çox sayda sınıq yaraları alıb və cərrahiyyə əməliyyatı edilib. Onun köməkçisinin də ciddi xəsarət aldığı xəbər verilir”.

Kiyev polisinin sözçüsü Oksana Blişçuk bildirib ki, onlar yerli vaxtla axşam saat 21:05-də Kiyevin Solomyanski rayonunda avtomobil partlayışının baş verdiyi barədə məlumat alıblar.

Polis hadisənin şübhəliləri və motivləri barəsində heç bir açıqlama verməyib.

Radikal Partiyadan olan millət vəkili Evhen Deidei özünün Facebook səhifəsində hadisə yerində çəkilmiş fotoları yerləşdirib. Bu fotolarda partlayışa düşmüş avtomobilin yanında tamamilə dağılmış motosiklet görünür.

O deyib ki, avtomobilin qapısındakı qəlpə yerləri partalyışın xeyli güclü olduğunu göstərir.

XS
SM
MD
LG