Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:18

Kitabxanaya getmək sağlamlığa faydalıdır


Kitabxana
Kitabxana

The Guardian

Komiks klublarından tutmuş, Milad toplantılarına qədər müxtəlif təşəbbüslərə ev sahibliyi edən, əsl icma mərkəzləri olan kitabxanalar həm də insanların zehni sağlamlığı baxımından möcüzələr yaradır.

Ötən il Milad günü Plimut kitabxanasının işçiləri kitabxananı iki saat yarımlığına açanda sadəcə, bir neçə evsiz şəhər sakinini düşünürdülər.

Ancaq kitabxananın əməkdaşı Mendi Makdonald deyir ki, pulsuz ət piroqu, qurabiyə və isti içkilər, söhbət və bayram filminin nümayişi hər yaşdan olan insanları kitabxanaya cəlb etmişdi. Bir ailə hətta Milad hədiyyələrinin bir neçəsini kitabxanaya gətirərək burada açıb.

«Sadəcə gəlib özünə yoldaş tapmaq, yaxud ailəsi ilə əlaqə qurmaq üçün kompüterlərimizdən yararlanmaq istəyən insanlar vardı», – Makdonald deyir.

Milad ruhuna uyğun

Müvəqqəti sığınacaqda yaşayan bir kişi kitabxana sistemindən yararlanaq uzun zaman danışmadığı oğlu ilə əlaqə saxlamağa çalışıb.

«Bu, sağlamlıq və rifah məsələsidir. Biz Milad günü tənhalıqla mübarizə aparmağa kömək etdik», – o deyir. Tədbir bir azca elektrikdən başqa heç bir xərc aparmayıb. Tədbiri könüllülər təşkil edib. Onların arasında Makdonaldın yeniyetmə oğlu da olub. Yerli sakinlər və şirkətlər yemək, paltar və şəxsi təmizlik vasitələrini ianə ediblər.

«Mən də daxil, könüllülərin çoxu bunun Miladın ruhuna uyğun olduğunu düşündü», – Makdonald söyləyir. Bu il kitabxana yenidən açılacaq. Bu dəfə o, daha uzun müddət açıq olacaq və daha çox bayram oyunları oynanılacaq.

Britaniyada kitabxanalar maliyyə sıxıntısı yaşadığına görə ya bağlanmağa, ya da könüllülərdən kömək istəməyə məcbur olur. Ancaq onlar bu çətinliyə duruş gətirməyə çalışır, özlərinin yerli icmalardakı rolunu təsdiqləyirlər.

Kitabxanalardan biri yerli sakinlərə salsa rəqsi, Pilates məşqləri və hekayə saatı təqdim edib. Bir neçə kitabxana isə insanların səhhətini yoxlama seansları təşkil edib. Lids şəhərinin mərkəzi kitabxanası nevroloji xəstəliklərdən əziyyət çəkən böyüklər və onların qayğısına qalanlar üçün «Giving Voice» xorunun konsertini keçirib.

Ötən il pulsuz komiks tədbiri keçirən Oldem kitabxanası gənclərin öz ruhi sağlamlıqlarından danışmasına çalışıb.

Yazıçı Reyçel Smit və illüstrator Ceykob Fillips 100-dən çox gəncin qatıldığı bu müzakirələri qələmə alaraq «Jack&Lucy» adlı qrafik roman yaradıb.

Dəlillər artır

Son zamanlaradək kitabxanaların insanların səhhət və rifahına yaxşı təsir etdiyini göstərən dəlillər çox deyildi. Britaniyada demək olar, bütün kitabxanalar yaşı 5-dən aşağı olan uşaqlar və onların valideynləri üçün qafiyə sessiyaları keçirir. Bununla onlar nitq bacarıqlarının inkişafı, sosiallaşma və empatiyaya şərait yaradır.

Araşdırmalar qafiyə saatlarının anaların da zehni sağlamlığına və ruh halına müsbət təsir etdiyini göstərir, onların əhvalını yüksəldir, valideynlərlə uşaqlar arasında bağları daha da möhkəmləndirir.

«Araşdırma göstərir ki, qafiyə saatından dərhal sonra anaların əhval-ruhiyyəsi dəyişir. 30 dəqiqə ərzində sorğuda əhvalını «çox xoşbəxt» kimi qeyd edən anaların sayı 25%-dən 59%-ə yüksəlir», – Britaniya kitabxanalar şəbəkəsinin bir hissəsi olan «Libraries Connected» təşkilatının proqram meneceri Sara Mirs deyir.

Burada bütün proses mahnı oxumaqdan ibarət deyil. Analar özləri kimi düşünən valideynlərlə ünsiyyətə girir, beləliklə tənhalıq, stress və darıxmaq kimi hissləri qovmuş olurlar. Günlərinə düzən qatmaqla motivasiyalarını möhkəmləndirir, sadəcə sessiyaya gəlib çıxmaqla müvəffəqiyyət hissini artırmış olurlar.

Kitabxanalar insanların sağlamlığına müsbət təsir edir. 2015-ci ildə gerçəkləşdirilmiş bir araşdırma layihəsi kitabxana istifadəçilərinin öz həyatlarından daha çox razı olduğunu üzə çıxarıb. Üstəlik, kitabxanalar milli tibbi sığorta proqramının xərclərini ildə 30 milyon funtadək (38.5 milyon dollar) azalda bilir. Bunlar ciddi iddialardır və kitabxanalara dəyər verilməsi, onların bağlanmaması üçün böyük əhəmiyyət kəsb edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG