Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:48

Əfqan Muxtarlı ilə bağlı yeni məhkəmə gözlənir


Jurnalist Əfqan Muxtarlı
Jurnalist Əfqan Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlıya siyasi ədəbiyyat verilməməsi şikayəti ilə hüquqi addımlar atılması planlaşdırılır.

Bu haqda NİDA Hərəkatının təmsilçisi Samir Əsədli bildirib.

“Hər dəfə aparırıq, baxırlar, geri qaytarırlar”, deyə Əsədli vurğulayıb.

Onun sözlərinə görə, jurnalistin vəkilləri ilə məsləhətləşdikdən sonra qərarа alınıb ki, bu məsələdən ötrü məhkəməyə müraciət edilsin.

Bu günlərdə yaxınları Əфяан Muxtarlıya kitab qadağası qoyulduğunu açıqlamışdılar. Ancaq Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bunu təsdiq etməmişdi.

“Azərbaycan qanunvericiliyi ilə milli, dini, irqi ədavəti qızışdıran, porno tərkibli ədəbiyyatın məhkumlara verilməsi qadağan ediliр”, deyən Mehman Sadıqov vurğulamışdı ki, qeyd etdiyi kitablardan kənar ədəbiyyatın məhbuslara verilməsinə hər hansı qadağa yoxdur.

Xatırlatma

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da müəmmalı şəkildə saxlanıb.

Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bəyan edib. Hakimiyyət rəsmiləri isə ölkədə heç kimin jurnalist fəaliyyətinə görə həbs edilmədiyini bildirib.

XS
SM
MD
LG