Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:33

ƏDV-nin götürülməsi kitabları ucuzlaşdıracaqmı?


Kitab
Kitab

Kitab və kağız məhsullarının idxalı, satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad oluna bilər. Noyabrın 2-də Milli Məclisdə bununla bağlı Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin ictimai müzakirəsi də təşkil olunub.

Qanun layihəsinə görə, siyahısını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi kütləvi informasiya vasitələri (KİV) məhsullarının, kitabların (elektron kitablar istisna olmaqla), dərslik komplektlərinin idxalı və satışı Ə DV-dən azad olunur. Bura rulon, vərəqə şəklində kağızın idxalı, satışı, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) də aid edilir.

Rəsmi məlumata görə, Azərbaycana gətirilən kitablardan 7 faiz gömrük, 18 faiz Əlavə Dəyər Vergisi tutulur.

Kitabları zibillikdən yığıram
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid

Kimlər oxuyur, kimlər yox...

Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, bu ilin sentyabrında 1 min 67 respondentlə telefon sorğusunda məlum olub ki, onların 49.8 faizi, adətən, kitab oxuyur. Lakin sorğuya görə, hər dörd respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitab sayı cəmi bir-üç aralığındadır. Qurumun açıqlamasına görə, kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların yarısının aylıq gəliri 500 manatdan yüksək, 55 faizi ali təhsilli, 54 faizi hazırda işləyənlərdir. Kitab oxumayan 536 respondentin arasında isə aylıq gəliri 0-250 manat olanlar təxminən 50 faiz, orta təhsillilər isə 64 faizdir.

Tahir Mirkişili
Tahir Mirkişili

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Turan"a bildirib ki, qanun layihəsi Azərbaycan prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsidir: "Vaxtilə Azərbaycanda kütləvi informasiya vasitələrinin çap məhsullarının satışı Əlavə Dəyər Vergisindən azad olsa da, rulon və vərəqə şəklində kağızın idxalı bundan azad olmadığına görə, istənilən halda, məhsulların satışında ƏDV gizli bir formada oturmuşdu".

Deputatdan İsveçrə və Polşa müqayisəsi

Onun sözlərinə görə, ƏDV-nin sıfırlanması, yaxud da azaldılması kitab və dərsliklərin istehsalını artırır: "Misal üçün, İsveçdə Əlavə Dəyər Vergisinin 25 faizdən 5 faizə salınması satışları 25 faiz artırıb. Polşada isə ƏDV-nin 0 faizdən 5 faizə qaldırması insanların kitab oxumağını 5 faiz azaldıb".

Ş.Xuduoğlu
Ş.Xuduoğlu

"Kitabın baha başa gəlməsinin səbəbi yalnız ƏDV deyil"

"Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə AzadlıqRadiosuna bildirib ki, kitabların baha olmasının səbəbi kimi ƏDV-nin olması daima müzakirə mövzusuna çevrilib: "Yəni, 18 faiz vergi kitabın üzərinə gəlir və bu da o deməkdir ki, kitab 18 faiz bahalaşır".

Lakin, onun sözlərinə görə, kitabın baha başa gəlməsinin səbəbi yalnız ƏDV deyil: "Səbəblərdən biri odur ki, tirajlar aşağıdır. Ona görə də kitabın bir ədədinin başa gəlmə xərci daha çox olur. İkincisi səbəb odur ki, kitabları oxuyanların sayı azdır. Statistika göstərir ki, il ərzində 3 min adama cəmi bir kitab oxunur. 52 faiz isə, ümumiyyətlə, kitab oxumur. Bir də xammal, yəni kitaba sərf olunan kağız, rəng və sair Azərbaycanda istehsal olunmur. İstər-istəməz, bu, kitabların qiymətinə təsir göstərir".

"Kitabxanalar qeyri-işlək vəziyyətdədir"

Naşir qeyd edib ki, ölkənin böyük rayonlarında kitab dükanları yoxdur, kitabxanalar isə qeyri-işlək vəziyyətdədir: "Bu mənada, hər adamın kitaba çatmaq imkanı yoxdur".

Ş.Xuduoğlu vurğulayıb ki, dövlət ƏDV-ni ləğv etməklə ilk dəstəyini göstərir: "Ümid edirəm ki, sonrakı mərhələlərdə qrantlar, güzəştli kreditlər verməklə nəşriyyatların fəaliyyətini artırmaq mümkün olacaq".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG