Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Kişilərlə qadınların beyni fərqlidirmi?


İllüstrasiya
İllüstrasiya

Bir çoxları hesab edir ki, "qadın beyni" və "kişi beyni" deyilən anlayışlar var və kişilərin beyni bioloji cəhətdən daha üstün cəhətlərə malikdir. Xüsusən elmi təfəkkürün səviyyəsi baxımından. Futurism.com saytı yazır ki, bu fikrin tərəfdarları, məsələn, ABŞ-da dəqiq elmlər sahəsindəki, xüsusən də riyaziyyat sahəsində kadrların yalnız 24 faizinin qadın olduğunu nümunə göstərirlər.

Amma doğrudanmı, qadınlar bioloji cəhətdən bu sahələrdə daha aşağı göstəricilərə malikdirlər?

Arizona Dövlət Universitetinin araşdırmaçıları bu mövzuda apardıqları təhqiqatın nəticəsində belə qərar gəliblər ki, önyarğını yaradan həm də qadınların özləridir,

Qadınların çoxu düşünür ki, onlar dəqiq elmlər sahəsində kişilərdən daha zəifdirlər.

202 tələbə arasında aparılan sorğuda məlum olub ki, qızlar öz akademik göstəriciləri haqqında daha aşağı fikirdədirlər.

Buna da bax: İdmanı əvəz edən həblər yaradılıb

Araşdırma nəticələrinə görə, bu düşüncə tələbələrin davranışına da təsirsiz ötüşmür. Özü haqqında aşağı fikirdə olanlar daha çox dərs buraxır.

Belələri müəllimə daha az sual verir, dərsdə çox fəal olmur, daha aşağı qiymətlər alırlar.

Araşdırma müəllifləri hesab edirlər ki, bu davranış "lənətlənmiş dairə" yaratmış olur: Qadınlar dəqiq elmlər sahəsində karyera qurmağa meylli olmurlar. Beləcə, bu sahədə sayları kişilərdən az olur.

Araşdırma müəllifləri düşünürlər ki, elm dalınca gedən qızların xüsusi dəstəyə ehtiyacı var. Yalnız bu yolla "kişilərin başı riyaziyyatdan daha yaxşı çıxır" kimi stereotipləri dağıtmaq olar.

Buna da bax: Norveçdə 'Gələcəyin şəhəri'ni tikirlər

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG