Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:42

Kişilər hicab geyindilər- FOTOLAR


-

İranda çoxlu sayda kişi öz həyat yoldaşları və qadın ailə üzvləri ilə həmrəylik göstərmək üçün hicab geyiniblər.

Hicablı kişilərin fotoları Nyu-Yorkda yaşayan jurnalist və fəal Masih Alinejada göndərilib. Jurnalist isə öz növbəsində buna cavab olaraq #meninhijab adı altında kampaniyaya başlayıb.

1979-cu ildə baş vermiş İslam İnqilabından sonra İranda qadınların hicab geyinməsi mütləq olub. Bu qanuna riayət etməyən qadınlar müxtəlif növ cərimələrlə və hətta həbslə cəzalana bilərlər.

Alinejad kampaniyanı “My Stealthy Freedom” Facebook səhifəsindən geniş şəkildə yaymağa nail olub. İranda yaşayan minlərlə qadın hicaba qarşı olduqları anın fotosunu çəkərək bu səhifədə paylaşmağa başlayıblar.

İndependent İranda yaşayan və bu kampaniyaya qoşulan iki kişinin bu haqda fikrini öyrənib.

Adının açıqlanmasını istəməyən İranlı A. deyir ki, o, bu kampaniyaya qardaşı qızına dəstək olmaq üçün qoşulub:

“Mən istəmirəm ki, kimsə mənim azadlığımı əlimdən alsın. Bir neçə dəqiqəlik olsa da, hicabı geyindikdə özümü sanki mən deyilmişəm kimi hiss etdim. Bu, dünyada ən pis hisslərdən biridir, heç kim belə bir hissə məhkum edilə bilməz”.

“Uzun illərdir ki, İranda qadınlar hicab geyinməyə məcbur edilirlər. Hicab geyinərək bu kampaniyaya qoşulmağımın səbəbi də bizim qadınlarımıza dəstəyimi göstərməkdir. 30 ildən çoxdur ki, bu davam edir. İran İslam Dövlətinin mütəmadi olaraq “kişilərin namusu qadınların baş örtüyündədir” deyə təbliğat apardığı bir dövrdə bu, qadınlarımıza dəstəyi göstərə biləcək ən kiçik bir addımdır”, - deyə Tehran sakini Mehdi İndependent-ə bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG