Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Kremlin təbliğatçısı Kiselyovun qardaşı oğluna Almaniyada iş kəsdilər


Dmitry Kiselyov
Dmitry Kiselyov

Rusiya dövlət telekanalının qatı anti-Qərb ritorikası ilə tanınan rəhbərlərindən birinin qardaşı oğlu Almaniya məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O Ukraynada Rusiya tərəfindən dəstəklənən separatçıların hərbi əməliyyatlarında iştirak etməyi planlaşdırmaqda ittiham olunur.

Münhen məhkəməsi fevralın 28-də Dmitry Kiselyovun Almaniya vətəndaşı olan qardaşoğlusu Sergej Kisseljow-u (Almaniya mediası onun soyadını belə yazır - red) dövlət təhlükəsizliyinə hədə yaratdığına və qanunsuz silah saxladığına görə məhkum edib.

Hakim deyib ki, prokurorlar Kisseljow-un Ukrayna separatçılaırna qoşulmaq məqsədilə 2014-cü ildə Sankt Peterburq şəhərində xüsusi hərbi təlim keçməsi məsələsini tam aydınlaşdıra bilməyiblər.

Kisseljow Ukraynanın şərqinə göndərilməsini gözlədiyini etiraf edib, lakin bildirib ki, heç bir hərbi təlim keçməyib. O bunu da boynuna alıb ki, hər halda Ukraynaya səfər edib. Amma orada heç kimi öldürmədiyini bildirib.

Almaniya hakimiyyət orqanları Kisseljow barədə cinayət işini 2017-ci ildə açıb. O bundan bir neçə ay sonra Bolqarıstanda saxlanıb və Almaniyaya deportasiya edilib.

Kisseljow-un əmisi Rossia 24 telekanalının redaktorlarından biri olan Dmitry Kiselyov verdiyi müsahibələrdə iki dəfə deyib ki, qardaşı oğlu şərqi Ukraynada döyüşüb. Qardaşoğlu habelə separatçılar tərəfindən təsis edilmiş ordenlə də təltif olunub.

Dmitry Kiselyov dövlət tərəfindən makliyyələşdirilənRossia Segodnya media şirkətinin direktorudur. Bu şirkət telekanal üçün Vaşinqtonu və Qərbi kəskin tənqid edən təbliğat proqramları hazırlayır.

Fevralın 23-də Kiselyov öz proqramında üzərində Rusiya raketlərinin hədəfləri olan ABŞ xəritəsini nümayiş etdirib.

O bildirib ki, müharibə olarsa, Rusiyanın nüvə raketləri məhz bu məntəqələri vuracaq.

Bu hədəflərin arasında Pentaqon və ABŞ prezidentinin Kemp Deviddəki iqamətgahı da var idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG