Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:19

Milyonçu adada 'alternativ' Rusiya yaradır


Anton Bakov
Anton Bakov

►O, Sakit okeandakı kimsəsiz adalarda "monarxiya quruluşlu Rusiya" yaratmaq istəyir

Rusiyalı milyonçu, Monarxiya Partiyasının təsisçisi Anton Bıkov Sputnik Mundo-ya müsahibəsində deyib ki, Kiribatiyə məxsus kimsəsiz adalardan üçünü alıb orada monarxiya quruluşlu Rusiyanı bərpa etmək niyyətindədir.

Bakov çar Rusiyasını bərpa etmək üçün dünya boyu məkan axtarıb. Əvvəl Çernoqoriyada ada almaq istəyib.

Daha sonra Sakit okeanın cənubundakı Kuka adalarını nəzərdən keçirib.

Amma axırda Sakit okeanın mərkəzindəki adalarda yerləşən cırtdan ölkəni (əhalisi 100 min nəfərdir, 1979-cu ildə Britaniyanın müstəmləkəsi olmaqdan qurtulub müstəqillik qazanıb) seçib.

Kiribati
Kiribati

İndi milyonçu Kiribati hökuməti ilə danışıqlar aparır və 3 kiçik adanı icarəyə götürməyə çalışır.

O öz sərmayə planını 2015-ci ilin sonunda hökumətə təqdim edib.

Amma yalnız bu ilin əvvəlində Kiribati prezidenti Taneti Maamay yoxlama üçün həmin adalara gedib.

Prezident qərarını fevralda açıqlaya bilər.

Bakov düşünür ki, Molden, Starbak və Millenium adaları onun ideyasına daha uyğundur. Orada biznes və turizm üçün infrastruktur qurmaq olar.

Layihənin reallaşması 10-15 il çəkə bilər.

Kiribati
Kiribati

Bu işə minəcən Kiribati vətəndaşını cəlb etmək nəzərdə tutulur.

Bakov düşünür ki, Kiribati bu layihədən yetərincə bəhrələnə biləcək.

Çünki adalara qoyulacaq pullar Kiribati tarixində ən böyük xarici sərmayə ola bilər.

Adaların iqlimi Bakovun çox xoşuna gəlib. Amma bilinmir ki, Rusiyadakı iqlimdən kəskin fərqlənən ekvatorial iqlim monarxiya tərəfdarı olan rusların ürəyincə olacaqmı və onlar oraya köçəcəklərmi?

Amma Bakov bir şeyə əmindir ki, bu, turizm layihəsi kimi uğurlu olacaq.

Rusiyada monarxiyaya 1917-ci ilin bolşevik üsyanı ilə son qoyulub.

Sonuncu rus çarı 2-ci Nikolay ailəsi ilə birlikdə güllələnib.

Kiribati
Kiribati

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG