Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:53

Kirayə ilə ev almaq istəyənlərin gözlədiyi olacaqmı?


Bu yaxınlarda fond yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə prosedur və qaydalara da dəyişikliklər edilib

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə kimi vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib. Mənzil fonduna daha iki yaşayış kompleksi üzrə mənzillər daxil edilib.

Bu yaxınlarda fond yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə prosedur və qaydalara da dəyişikliklər edilib.

Fonddan verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını nəzərdə tutur.

Şərtlər…

Kirayə yolu ilə mənzillərin satışı artıq 2019-cu ildən həyata keçirilir. Şərtlərə görə, mənzil vətəndaşa kirayə müqaviləsi ilə 3 ildən 25 ilədək verilir.

Kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Mənzilin qiyməti ödənildikdən sonra o, kirayəçinin mülkiyyətinə verilir.

Şərtlərə görə, son ödəniş tarixinə yaş 70 yaşdan çox olmamalıdır. Vətəndaş ya rəsmi işləməli, ya da sabit vergi ödəyicisi olmalıdır.

Bəs son yeniliklər bu sahədə vəziyyəti ciddi dəyəşkmi, yoxsa kosmetik xarakter daşıyacaq?

“Başa düşdüm ki, mənzili ala bilmərəm”

Bakıda yaşayan Ceyhun Məmmədov (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, kirayə yolu ilə mənzil almaqla bağlı xəbəri eşidəndə çox sevinib:

“Çünki gənc ailəyik və iki uşağımızla kirayə qalırıq. Amma şərtlərlə tanış olandan sonra başa düşdüm ki, mənzili ala bilmərəm. Rəsmi gəlirim aşağıdır və həmin məbləğdən yaşayış minimumu çıxanda kirayə haqqı düzəlmir. Halbuki, həmin məbləği ödəyə bilərəm. Axı indiki yaşadığım kirayə evin pulunu hər ay ödəyirəm”.

O, hesab edir ki, şərtlər ciddi şəkildə dəyişməlidir:

“Türkiyədə kirayə götürdüyün evin sahibi ilə belə müqavilə imzalamaq mümkündür. Bizdə isə dövlətlə bunu imzalamaq lazımdır, özü də yalnız onların göstərdiyi evlərdə. Yəni, seçim imkanı da məhduddur”.

İpoteka və Kredit Zəmanət Fondundan “Turan” Agentliyinə bildirilib ki, hazırda onların balansında satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 11 fərqli ünvanda yerləşir:

“Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi, su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb”.

Gənc ailələr nə zaman evə sahiblənəcək?
Gözlə

No media source currently available

0:00 0:06:11 0:00

“İndiyə qədər 1812 mənzil verilib”

Fonddan qeyd olunub ki, şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Vurğulanıb ki, indiyə qədər kirayəçilərin istifadəsinə 1812 mənzil verilib.

Qurumdan bildirilib ki, kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edib:

“Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə prosedurlar bir qədər də sadələşdirilib. Gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumuşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb”.

“Şərtləri ağırdır… tələbat çox yüksəkdir”

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, ölkədə kirayə üsulu ilə satılan mənzillərin sayı çox azdır, tələbat isə həddindən artıq çoxdur:

“Şərtləri ağırdır və ölkə əhalisinin böyük bir qismi bu təkliflərdən istifadə edə bilmir, tələbat çox yüksəkdir. Hər mənzilə onlarla namizəd olur”.

Onun fikrincə, bunun özü sistemin işlək olmadığını sübut edən əsas amillərdən biridir:

“Çünki daha çox Bakı şəhərinə fokuslanan bir sistemdir. Bunun da səbəbləri aydındır – iqtisadi fürsətlər tamamilə Bakı və Abşeron yarımadasında cəmlənib.”

O, qeyd edib ki, sistemi sadələşdirmək də mümkün deyil:

“Çünki sadələşdirərkən bir mənzilə bəlkə də min nəfər namizəd yaranacaq. Bu tələbatı ödəmək də mümkün deyil. Ona görə də əsas məqsəd bu layihənin Bakıdan regionlara daşınmasıdır ki, insanlar ev ala bilsinlər və işlə təmin olunsunlar. Bu olmayana qədər Bakıda mənzillərin qiyməti yüksələcək və dövlətin bu tip layihələri uğursuz olacaq”.

XS
SM
MD
LG