Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:54

Kinoda ağ aktyorların dominantlığı


44 filmdən 14-də baş rolu Dueyn Conson oynayıb
44 filmdən 14-də baş rolu Dueyn Conson oynayıb

ABŞ-da hər il may ayı əslən Asiya və Sakit okean adalarından olan amerikalıların irsi ayı kimi qeyd olunur. Nensi Van Yuen, Steysi L.Smit və Cənubi Karolina Universitetinin Annenberq İnklüzivlik Təşəbbüsünün birgə hazırladığı hesabat kino industriyasında ağ aktyorların dominantlığı haqdadır. Hesabat belə adlanır: "1300 populyar filmdə Asiya və Sakit okean adaları əsilli şəxslərin üstünlüyü və təsviri". Tədqiqatçılar həmin filmlərdə sözügedən şəxslərin həm kamera qarşısında, həm də arxa planda təmsil olunma dərəcəsini araşdırıblar. ABŞ-ın Milli İctimai Radiosu (NPR) yazır ki, tədqiqat 2007 – 2019-cu illər arasında çəkilmiş populyar filmləri əhatə edib.

Tədqiqatın müəllifləri bildiriblər ki, bu filmlərin yalnız 44-də, yəni cəmi 3.4 faizində Asiya və ya Sakit okean adaları əsilli aktyor baş rolu, yaxud baş rollardan birini ifa edib. Yalnız altı filmdə baş rolun ifaçısı Asiya və ya Sakit okean adaları əsilli qadın olub. Tədqiqatçılar məsələyə daha detallı baxdıqları zaman sözügedən 44 filmdən 14-də baş rolu Dueyn Consonun oynadığını görüblər. Yəni, Asiya və Sakit okean adaları əsilli aktyorların baş rolu ifa etdikləri filmlərin düz 1/3-də eyni aktyor çəkilib. Bundan başqa, nəzərdən keçirilən filmlərin 40%-ə qədərində Asiya və Sakit okean adaları mənşəli insanlar yerli-dibli təmsil olunmayıblar.

Qəhrəmanların alçaldıldığı, öldüyü filmlər

Yuen qeyd edib ki, 2019-cu ildə Asiya və Sakit okean adaları mənşəli aktyorların baş və ya köməkçi rol aldığı filmlərin 30 faizində onlar ya tək olublar, ya da eyni mənşəli digər insanlarla ünsiyyətdə olmayıblar. "Birdən artıq Asiya və Sakit okean adaları mənşəli qəhrəmanın ekranda mənalı ünsiyyət qurduğunu görməyə ehtiyacımız var", – o deyir.

ABŞ əhalisinin 7 faizindən bir qədər azı özünü sözügedən qrupa aid edir. Ancaq qismən "Amazon Studios" və "UTA" Fondunun maliyyələşdirdiyi araşdırmanın nəticələri göstərir ki, meynstrim filmlərdə bu qrupa mənsub insanlar demək olar ki, yoxdur. Tədqiqatçılar onların oynadığı qəhrəmanlara yaxından baxdıqları zaman daha acınacaqlı vəziyyətlə qarşılaşıblar. 2019-cu ildə çəkilmiş filmlərin 41 faizində Asiya və Sakit okean adalarından olan insanları təmsil edən qəhrəmanlar filmdə hansısa formada alçaldılır. Bura irqçi və seksist ifadələr də daxildir. Filmlərin 25 faizində isə onlar ölür.

Yuen hesab edir ki, ABŞ-da bu qrupa mənsub insanlara qarşı zorakılıq hallarının artdığı indiki şəraitdə onların ekranda ölməsi xüsusilə xoşagəlməzdir. Onun sözlərinə görə, bu, nifrəti daha da qızışdıra bilər.

42 faiz bir nəfər də olsun...

Sözügedən tədqiqatdan əvvəl keçirilən başqa bir sorğuda rəyi soruşulan Asiya mənşəli amerikalıların 80 faizə qədəri həmvətənlərinin onlara hörmət etmədiklərini, onları ayrıseçkiliyə məruz qoyduqlarını deyib. Respondentlərin 42 faizi bircə nəfər də olsun tanınmış Asiya mənşəli amerikalı tanımadığını deyib.

Filmlərlə bağlı araşdırmanın kino industriyasında səhnə arxasında çalışanları əhatə edən hissəsi də var. Məlum olub ki, sözügedən 1300 filmdə 1447 rejissorun 4 faizindən azı Asiya və ya Sakit okean adaları mənşəlidir. Hesabatda deyilir ki, onların 47-si kişi, 3-ü qadındır.

NPR yazır ki, bura rejissor Xloya Çjaonun bu yaxınlarda əldə etdiyi qələbə daxil deyil. Xloya Çjao bu mükafat mövsümündə haqqında ən çox danışılan rejissor, "Ən yaxşı rejissor" nominasiyasında "Oskar"a layiq görülmüş ilk asiyalı və çinli qadın rejissor oldu. Araşdırmaya bu il "Ən yaxşı aktyor" nominasiyasının qalibi olmuş Stiven Yanın və köməkçi rolun "Ən yaxşı qadın ifaçısı" nominasiyasında qalib olmuş Yun-Yo-djonun uğuru da daxil edilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG