Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Kino piratlığı düşündüyümüzdən daha təhlükəlidir


Kino
Kino

Əvvəllər kino piratlığı çox da dolaşıq deyildi. Ən yeni filmlər keyfiyyətsiz DVD-lərə köçürülər, pablarda göstərilər, hansısa dostunuz Arnoldun ən yeni filminin «titrəyən», hansısa kinoteatrda seans zamanı kameraya çəkilmiş versiyasını gördüyünü deyərdi. Bunlar bizə əcaib görünsə də, eyni dərəcədə yanlış hərəkətlər idi.

«Kodi qutusu»

Ancaq indi hər şey fərqlidir. İnternetin inkişafı yaşı 16-dan yuxarı istifadəçilərin 1/3-ə qədərinin qaçaq TV və film kontentindən yararlanmasına yol açmışdısa, indi istifadəçilərin 14%-i qanunsuz mobil və kompüter əlavələrindən yararlandığını deyir. Çox vaxt söhbət «Kodi qutusu» kimi tanınan qutulardan gedir. Bu, həm trend, həm də problemdir. İlk baxışdan xoşniyyətli görünən şirkətlərin də qızıl axtarırmış kimi sizin şəxsi məlumatlarınızın ovuna çıxdığı dünyamızda yetkin insanların az qala 1/3-nin şübhəli, qaranlıq qrupları öz həyatlarına dəvət etməsi ağlasığmazdır. Burada söhbət heç bu hərəkətin qanunsuzluğundan və bu sahəyə vurduğu ziyandan da getmir.

«İstehlakçı üçün çoxlu risklər var. Bu hərəkət təkcə qanun pozuntusu deyil. Bu, istifadəçini kimlik oğurluğu, zərərli proqram və viruslar, arzuolunmaz kontent, saxta striminq cihazlarından istifadə zamanı isə həm də yanğın və cərəyan vurması kimi risklərə məruz qoyur. Britaniyada internet provayderləri bu növ davranışı bloklayır və qarşısını almağa çalışır ki, siz özünüzü risk qarşısında qoymayasınız», – Britaniyanın Müəllif Hüquqları Oğurluğu Federasiyasından (FACT) Kieron Sharp deyir. Qeyd edək ki, bu qurum Britaniyada intellektual mülkiyyətin qorunması üzrə aparıcı qurumlardandır.

Sözügedən qutuların bəzilərinə premium TV kanallarına qanunsuz baxmağa imkan verən xüsusi kompüter əlavələri yüklənmiş olur. Bu qanunsuz əlavələrin həm virus daşıdığı, həm də valideyn nəzarəti imkanlarına malik olmadığı aşkarlanıb. Buna görə də mütəxəssislər yalnız qanuni əlavələrdən yararlanmağı tövsiyə edirlər.

Keçirilən sorğular zamanı bu tip qutulardan istifadə edənlərin 68%-i arzuolunmaz hallarla qarşılaşdığını bildirib. Belə hallar arasında televizorun sıradan çıxması və viruslara məruz qalma da var.

Elektrik şoku və yanğın

2017-ci ilin sonlarında «The Independent» qəzeti reyd nəticəsində müsadirə olunan cihazların elektrik şoku və yanğın kimi ciddi təhlükə mənbəyi olduğunu yazıb. Müsadirə edilən 15 cihazdan heç biri minimum təhlükəsizlik standartlarına cavab vermirmiş. Onlardan bir neçəsinin həyat üçün təhlükəli olduğu üzə çıxıb.

Kimlik oğurluğu və virus da çox ciddi təhlükələrdir. Ötən il qanunsuz materialı izləməkdən ötrü saxta qutulardan istifadə edənlərin ¼-ə qədəri virus və zərərli proqramlarla üzləşib. Hər 20 nəfərdən birininsə şəxsi məlumatları oğurlanıb.

«Pulsuz əlavələrin məqsədi istifadəçilərin məlumatlarını sataraq gəlir əldə etməkdirsə, premium TV kanallarına və filmlərə qanunsuz çıxış təklif edən xidmətlər də həmin zərərli proqramlardan aldıqları maliyyə vəsaitindən asılıdırlar», – İnternet təhlükəsizliyi eksperti Adele Bannister ötən il Londonda yerləşən «Internet Matters» təşkilatına deyib.

Heç vaxt unutmaq olmaz ki, belə hərəkətlər qanunsuzdur.

«Piratlıq və bir çox onlayn davranışlara baxanda belə görünür ki, bəzi insanlar fiziki və rəqəmsal dünyalarda yol verilən qanunsuz hərəkətlər arasında heç bir fərq olmadığını anlamırlar. Siz kiminsə əmlakını oğurlayır, yaxud da düzgün icazə, lisenziya… almadan istifadə edirsinizsə, çox güman ki, cinayət törədirsiniz və buna görə …cəzalandırıla bilərsiniz», – Kieron Sharp deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG