Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Kimlər ‘kasıb tələbə’ sayılacaq? (VIDEO)


Kasıb tələbələrin yardım üçün müraciətləri başlayır
Gözlə

No media source currently available

0:00 0:09:00 0:00

Kasıb tələbələrin yardım üçün müraciətləri başlayır

Bugün, mayın 21-dən, sosial həssas qrupa aid edilən tələbələr, təhsil haqqı xərclərinin ödənilməsi üçün dövlət yardımına müraciət edə bilərlər.

APA informasiya agentliyi Təhsil Nazirliyinə istinadla bildirir ki, 20 mindən artıq tələbə bu yardımdan istifadə edəcək.

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu yardımın kimlərə şamil olunması qanunla müəyyənləşib:

“Qanunvericiliyə görə, sosial həssas qrupa aid tələbələr o şəxslər hesab olunur ki, valideynlərinin hər ikisi 1-ci və 2-ci qrup əlil olsun. Bundan başqa, yaşa görə təqaüd alan şəxslər, rəsmi şəkildə Sosial Müdafiə Nazirliyinin bazasında hər iki valideyni işsiz kimi qeydiyyatdan keçən şəxslər sosial həssas qrup hesab olunur".

Ali, orta və peşə ixtisası üzrə təhsil alan belə tələbələrin 2020-ci ildəki ikinci semestri və 2020-ci ilin sentyabrından başlayacaq 1-ci semestrinə aid təhsil haqqı dövlət hesabına ödənəcək.

Kamran Əsədov deyir ki, əgər hansısa valideyn 190 manatlıq birdəfəlik yardım alıbsa, onun övladları da təhsil haqqından nəzərdə tutulan müddətdə azad olunur.

Kasıb tələbələrə təhsil haqqında hansı güzəşt olunacaq?
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bütün təhsil növlərini əhatə edəcək

Təhsil Nazirliyindən APA-ya bildiriblər ki, sözügedən qrupa daxil olan tələbələr nazirliyin saytında elektron sistemdə qeydiyyatdan keçib, şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda məlumatları əlavə etməlidirlər.

Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə bu qərar şamil edilmir.

Müxalifət və müstəqil tənqidçilər Azərbaycanda ümumiyyətlə təhsil haqqının Qərb ölkələri ilə müqayisədə yüksək olduğunu deyir, ali təhsilin daha çox dövlət hesabına olmasını təklif edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG