Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

Şimali Koreya liderinin ‘sağ əli’ Nyu Yorka gəlib


Şimlai Koreya lideri Kim Jong-un və onun "sağ əli" adlandırılan Kim Yong-chol
Şimlai Koreya lideri Kim Jong-un və onun "sağ əli" adlandırılan Kim Yong-chol

Şimali Koreyadan alınan xəbərlərdə deyilir ki, bu ölkənin vise-prezidenti Kim Yong Chol prezident Donald Trump və Şimali Koreya lideri Kim Jong Un arasında təklif edilmiş üzbəüz görüşün baş tutması üçün səy göstərmək məqsədilə Nyu Yorka gəlib.

BMT-dəki Şimali Koreya missiyası bildirib ki, Kim Yong Chol “ölkə liderinin sağ əlidir”. O mayın 30-da Air China - Çin Hava Yolları şirkətinin təyyarəsi ilə Nyu Yorkdakı John F. Kennedy beynəlxalq hava limanında enib.

Bundan bir gün əvvəl, mayın 29-da Trump növbəti tvitində bildirmişdi ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə danışıqlar üçün “əla bir komanda” düzəldib.

Kim Yong Chol Şimali Koreyada hakim partiyanın mərkəzi komitəsinin sədr müavinidir. O bu vəzifədə həm də Pxenyanın xarici ölkələrlə əlaqələrinə rəhbərlik edir.

2000-ci ildən bəri ABŞ-a səfər edən ən vəzifəli rəsmi kimi Kim Yong Chol mayın 31-də dövlət katibi Mike Pompeo ilə görüşməlidir.

Trump və Kim Jong Un arasında iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan sammit Trump ötən həftə bu danışıqların baş tutacağına şübhə etdiyini bildirdikdən sonra qeyri-müəyyən vəziyyətə düşüb.

O sonradan bu bəyanatını geri götürərək deyib ki, sammitin baş tutmasına və hətta iyunun 12-də baş tutmasına ümidlər qalır.

Vaşinqton Koreya yarımadasının nüvəsizləşdirilməsi müqabilində Pxenyana iqtisadi və təhlükəsizlik mənfəətləri vəd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG