Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Putin və Kim Jong Un aprelin 25-də görüşəcəklər


Rusiya prezidenti Vladimir Putin (solda) və Şimali Koreya lideri Kim Jong Un
Rusiya prezidenti Vladimir Putin (solda) və Şimali Koreya lideri Kim Jong Un

Moskva və Pxenyan Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Jong Un arasında görüşün aprelin 25-də keçirləcəyini təsdiq ediblər.

Rusiyanın dövlət RIA Novosti agentliyi aprelin 23-də xəbər verib ki, iki lider Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində görüşəcəklər.

Agentlik bunu da bildirib ki, görüş zamanı hər hansı bir sazişin imzalanması və ya birgə bəyanat gözlənilmir.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirib ki, Kim Jong Unun baş müşaviri Kim Chang Son aprelin 21-də Vladivostok şəhərində görünüb.

RIA isə xəbər verirdi ki, Kimin istifadə etdiyi limuzin aprelin 21-də Vladivostoka gətirilib.

Aprelin 18-də Kremlin saytında dərc edilmiş bəyanatda deyilirdi ki, Kim Rusiyaya “aprelin ikinci yarısında” səfər etməyi planlaşdırır.

Putin aprelin 26-27-də Pekində keçirilən Kəmər və Yol Forumunda iştirak etmək üçün Çinə səfər etməlidir.

Burada bir neçə ölkənin liderləri dünya boyunca yolları və yeni dəniz ticarət marşrutlarını müzakirə edəcəklər.

Bəzi media qurumları Putinin Kimlə məhz həmin vaxtlarda Rusiyanın Uzaq Şərqindəki Vladivostokda görüşəcəyi barədə ehtimallardan yazırdılar.

Bu görüş ABŞ prezidenti Donald Trump-ın Koreya yarımadasında nüvə gərginliyinə son qoymağa çalışdığı bir vaxta təsadüf edir.

Kim və Trump arasında bundan əvvəl keçirilmiş iki sammitdə yarımadamın tam nüvəsizləşdirilməsinə dair saziş əldə etmək mümkün olmayıb.

Trump administrasiyası Kimlə üçüncü sammitin keçirilə biləcəyini bildirirdi, lakin Şimali Koreya dövlət katibi Mike Pompeonun gələcək danışıqlardan uzaqlaşdırılmasını tələb edib.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi elçisi Stephen Biegun bu yaxınlarda Moskvada Rusiya rəsmiləri ilə görüşüb.

Onun burada Şimali Koreyanın “tam, təsdiqlənə biləcək bir tərzdə nüvəsizləşdirilməsi yollarını” müzakirə etdiyi bildirlir.

Ötən mart ayında Birləşmiş Ştatlar Şimali Koreya üzərinə yeni sanksiyalar elan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG