Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Kim Jong Un Donald Trump-la 3-cü sammitə hazır olduğunu deyir


Donald Trump və Kim Jong Un Hanoy, 28 fevral, 2019
Donald Trump və Kim Jong Un Hanoy, 28 fevral, 2019

Şimali Koreya lideri Kim Çen In (Kim Jong Un) şərtlərə əməl olunması ilə ABŞ prezidenti Donald Trump-la 3-cü sammitə hazır olduğunu deyir.

Bu barədə Reuters agentliyi aprelin 13-də Şimali Koreyanın dövlət mediasına istinadla məlumat verib.

“Biz ilin sonunadək-ABŞ cəsarətli qərar qəbul edənədək səbrlə gözləyəcəyik”, deyə Kim bildirib.

Məlumata görə, Kim Çen In bu ilin fevralnda Trump-la ikinci görüşün baş tutmamasını, ABŞ-ın birtərəfli qaydada tələb irəli sürməsi ilə izah edib.

Onun sözlərinə görə, bu Vaşinqtonun münasibətləri yaxşılaşdırmağa doğurdan da hazır olması ətrafında suallar doğurur.

Kim deyir ki, onun Donald Trump-la şəxsi münasibətləri yaxşı olaraq qalır və onlar istənilən vaxt məktublaşa bilərlər.

Donald Trump-da aprelin 11-də Cənubi Koreya prezidenti Moon-la görüşdə Kim Çen In-la 3-cü sammitə hazır olduğunu bildirib, amma deyib ki, Vaşinqton Pxenyana qarşı sanksiyaları qüvvədə saxlayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG