Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 21:31

“Daimler” şirkəti Şimali Koreya liderinə avtomobil satmadığını deyir


Kim Jong Un-in Vladivastok səfəri
Kim Jong Un-in Vladivastok səfəri

Almaniyanın “Daimler” avtomobil korporasiyası, Şimali Koreya lideri Kim Çen In-ın ( Kim Jong-un) bu şirkətin istehsalı olan zirehli avtomobillərdə kəzməsini izah edə bilmir.

“Daimler” Associated-Press agentliyinə bildirib ki, Şimali Koreyaya avtomobil satmırlar. Çünki BMT-nin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar limuzunlərə də aitdir.

Qeyd edək ki, Kim Çen In bir sıra xarici səfərlərində bu korporasiyanın istehsalı olan zirehli avtomobillərdən istifadə edib.

Bu günlərdə o, Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə görüşə iki limuzun aparıb-Mercedes Maybach S600 Pullman Guard və - Mercedes Maybach S62.

Kim birinci avtomobildən, ABŞ prezidenti Donald Trump-la Hanoyda görüşərkən də istifadə edib.

Bu avtomobilləri istehsal edən “Daimler” bildirir ki, şirkət artıq 15 ildən çoxdur ki, Şimali Koreyaya maşın satmlr və öz məhsullarının ixracına qoyulmuş ciddi qaydalara sadiq qalır.

Amma məlumatda qeyd edilir ki, şirkət bu avtomobilləri sata bilən 3-cü şəxsin hərəkətinə görə cavabdehlik daşımır.

XS
SM
MD
LG