Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:52

Sahibkarlığa yardım edəcək agentlik yaradılır


İlham Əliyev, Gəncə, 10 noyabr 2017
İlham Əliyev, Gəncə, 10 noyabr 2017

Dekabrın 28-də prezident İlham Əliyev kiçik və orta sahibkarlıq (KOS) sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, onların subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxs olacaq.

Qurumda Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

Müşahidə Şurası iqtisadiyyat nazirindən, bir sıra nazirlik və qurumların təmsilçilərindən ibarət olcaq.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirəcək. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, prezidentlə razılaşdırmaqla, iqtisadiyyat naziri həyata keçirməlidir.

Xatırlatma

Ölkə başçısı hələ ötən il noyabrın 24-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalamışdı.

Həmin fərmana görə, bir neçə dövlət qurumunun əvəzinə eyni adlı publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu. Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun da artıq,tətbiq olunmağa başlayıb.

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs ötən il fevralın 3-də yaradılıb. Bu Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

XS
SM
MD
LG