Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 00:45

Kibritin qiyməti qalxıb


Astara rayonundakı mağazalarda kibritin bahalaşdığı bildirilir, 2 aprel 2017

Astara rayonunda alıcılar deyirlər ki, yaxın günlərə qədər on qutu kibrit 20 qəpiyə satılırdı. İndi bu 30 qəpiyə olub.

Satıcılar qeyd edirlər ki, bu artım kibritin qiymətində son hədd deyil və qiymətinin ikinci dəfə qalxması gözlənilir.

Mağaza sahiblərinin deməsinə görə, onlara bu barədə xəbərdarlıq edilib. Alıcılar qeyd edirlər ki, ölkədə bahalaşma olsa da kibritin qiyməti olduğu kim qalmışdı. Mağazalarda satılan mallar arasında ən ucuz kibrit idi, onun bir qutusu 1 qəpiyə satılırdı. Mağazalarda bir qəpiyə daha mal yoxdur. Kibritin 10 qutusu əvvəlcə 20 qəpiyə, daha sonra 30 qəpiyə qalxıb.

Yaşlı sakinlər deyir ki, II Dünya Müharibəsi illərində belə hər şeyin qiyməti qalxsa da, kibritin qiyməti dəyişməz qalmışdı. Sakinlər indi kibritin qiymətinin qalxmasını yaxşı əlamət hesab etmirlər.

Azərbaycana kibrit əsasən Rusiyadan gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG