Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Azərbaycanda kibertəhlükəsizlik üzrə strategiya niyə gecikir?


Hökumətin komputer serverləri niyə tez-tez çökür?
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

Hökumətin komputer serverləri niyə tez-tez çökür?

Bugünlərdə Böyük Britaniya Azərbaycanın qonşusu Gürcüstana Rusiyanın kiberhücumlarından qorunmaq üçün yardım edəcəyini açıqladı. Dörd il bundan öncə Azərbaycanda da rəsmi dildən informasiya və kibertəhlükəsizlik üzrə strategiyanın qəbul ediləcəyi bildirilmişdi. Üstəlik, prezident "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Sərəncam da imzalamışdı. Amma strategiya hələ də gerçəkləşməyib. Hələlik, bununla bağlı suallara həmin komissiya və ölkənin başqa uyğun rəsmi qurumlarından cavab almaq mümkün olmayıb. Amma bir necə ay öncə komissiyanın 2022-2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiyanı hazırladığı və yaxın zamanda onun qəbul ediləcəyi ilə bağlı məlumatlar yayıldı.

"Azərbaycan aparıcı dövlətlərin birinə çevriləcək"

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev dedi ki, bu strategiya çərçivəsində informasiya cəmiyyətinin təmsilçiləri ilə birlikdə Azərbaycan regionun və dünyanın aparıcı dövlətlərinin birinə çevriləcək.

Z.Oruc
Z.Oruc

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da 2018-ci ildə dövlət başçısının İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması ilə bağlı fərmanını xatırladaraq əlavə edir ki, parlamentin müvafiq komissiyası "Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya"nın başa çatdırıldığını bildirib: "Ötən il minlərlə vətəndaşın kiberdələduzluq şəbəkəsinə cəlb edilməsi, Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) baş verən hadisələr onu göstərir ki, sözügedən sektorda təhlükəsizliklə bağlı görüləcək işlər çoxdur".

"Bizə məlumat verilib ki, sənəd hazırlanıb"

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə AzadlıqRadiosuna açıqlamasında strategiyanın hazırlanmasının gecikməsinin özü üçün maraqlı olduğunu bildirib: "Bizə məlumat verilib ki, sənəd hazırlanıb və hökumətə təqdim olunub. Görünən odur ki, prezidentin 2018-ci ildə qəbul etdiyi fərmanla sənədin hazırlanmasına qısa vaxt verilmişdi. Amma dörd ildə hazırlanmaması doğru deyil".

O.Gündüz
O.Gündüz

O.Gündüz ötən illərdə bu sektorda müəyyən işlərin görüldüyünü də söyləyib: "Məsələn, mayda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna xeyli dəyişikliklər gündəmə gətirildi, hazırda müzakirədədir. Yəni, kritik informasiya strukturunun təhlükəsizliyinə verilən tələblər müəyyən olunacaq. Söhbət aparıcı dövlət qurumları olan "Azərenerji", "Azərsu" və digər özəl təşkilatlardan gedir ki, bunlar "kritik informasiya infrastrukturu" adlanır".

Onun sözlərinə görə, əgər bu qurumlara hücum, yaxud sistemə müdaxilə olsa, problemlər yaranar: "Əvvəllər bizdə bu qurumların konkret siyahısı yox idi. Adi misal: səlahiyyətli orqan özü gedib hansısa qurumun informasiya auditini apara bilməzdi. Bu, könüllü idi. Hazırda qanunda bunun əsasları işlənir. Yeni qanunda özəl sektorun da bura daxil edilməsi göstərilib".

İ.İsmayıl
İ.İsmayıl

"Əgər ABŞ kimi dövlət..."

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da bildirib ki, texnologiya inkişaf etdikcə, informasiya təhlükəsizliyi haqqında qanunlara müəyyən dəyişikliklər və yeni tələblər gündəmə gəlir: "Texnologiya inkişaf etdikcə, yeni kiberhücumlar, müdaxilələr yaranır. Təbii ki, informasiyanı əldə etmək çox vacib məsələlərdən biridir. İnformasiyanın ikinci, üçüncü şəxsə keçməsi çox böyük fəsadlar yarada bilər. Əgər ABŞ kimi dövlət seçki kimi vacib məsələdə kiberhücuma məruz qalırsa, Azərbaycanda da bu olmalıdır".

"Azərbaycana Rusiyanin kiberhücumları varmı" sualına gəlincə, Z.Oruc bildirib ki, Azərbaycanın kiberməkanına, o cümlədən, kritik infrastruktur obyektlərinə kənar müdaxilələrlə bağlı ölkənin müvafiq qurumları gündəlik fəaliyyətdədirlər. Deputat "Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakı səfərində iki dövlət arasında informasiya təhlükəsizliyi ilə bağlı imzalanan müqavilə, görünür, müəyyən rəylərə yol açıb" deyərək əlavə edib ki, hərçənd, sənədin konsepsiyası hər iki dövlətin maraqlarına cavab verən səviyyədədir: "Ancaq Rusiyanın qlobal savaşın mərkəzində, əsas nüvəsində olması məlumdur. O cümlədən, belə addımlar bir sıra dairələrdə ya Rusiyanın xeyrinə, ya da Ukraynanın əleyhinə yozula bilir. Əsla belə deyil. Azərbaycan bu yöndə müqavilələri Qərb dövlətləri, yaxud İran və başqa dövlətlərlə də imzalamağa hazırdır".

Gürcüstana edilmiş kiber hücumun arxasında kim durur ?
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Amma O.Gündüz istisna etmir ki, Rusiyadan Azərbaycana kiberhücumlar olur. O, sadəcə bu hücumların ünvanının dəqiq müəyyən edilməsi üçün araşdırma aparılmasının vacibliyini söyləyir: "Çünki kiberhücumda konkret mənbəni demək çətindir. Adam Moskvada oturub Varşavanın kompüterindən istifadə edə bilər. Ona görə ciddi araşdırmaya ehtiyac var. Nəzərə alın ki, Azərbaycan kibetcinayətkarlıqla bağlı konvensiyaya qoşulub".

"Onsuz da Moskvanın "beşinci kolon"u..."

İ.İsmayıl isə fərqli düşünür. Ekspert deyir ki, Rusiyanın hazırda əsas hədəfi ABŞ və Avropa Birliyi ölkələridir, nəinki Azərbaycan. "Onsuz da Moskvanın "beşinci kolon"u informasiya baxımından işlərini yerinə yetirdiklərindən kiberhücumun böyük əhəmiyyəti yoxdur. Amma Rusiya üçün iki nazirin danışıqlarını əldə etmək çətin deyil. Bir neçə il əvvəl Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin telefon danışıqlarını internetdə yaymışdılar",- İ.İsmayıl söyləyib.

Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi ilə danışmaq mümkün olmayıb. Əslində bu ölkə rəsmiləri də kiberhücumlardan şikayətlənir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG