Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Ukrayna və başqa ölkələrə 'misli görünməmiş' kiberhücum edilib


Ukrayna bankları kiberhücuma görə müştərilərə xidmət göstərə bilməyib
Ukrayna bankları kiberhücuma görə müştərilərə xidmət göstərə bilməyib

Ukraynanın baş naziri Volodimir Hroysman deyib ki, onun ölkəsi “misli görünməmiş” kiberhücuma məruz qalıb, lakin “həyati əhəmiyyətli sistemlər” təsirlənməyib.

Əvvəlcə belə düşünülürdü ki, Ukrayna iyunun 27-də onun hökumət kompüter şəbəkələrini, əsas banklarının internet saytlarını, poçt sistemini, Kiyev beynəlxalq hava limanını vurmuş kiberhücumun yeganə hədəfidir.

Lakin sonradan bəlli olub ki, eyni kiberhücuma dünya boyunca bir sıra başqa ölkələr və şirkətlər də məruz qalıb.

Ukraynanın hökumət rəsmiləri bidlirirlər ki, hazırkı hücumun əsasını bu yaxınlarda dünyanın onlarca ölkəsini vurmuş “reket” Wannacry virusunun modifikasiyası təşkil edib. Ekspertlər bu modifikasiyanın Petya adlandırıldığını deyirlər.

WannaCry virusu ötən may ayında dünyanın 150 ölkəsində 200 min kompüteri çökdürmüşdü. Ziyanlı proqram kompüterlərin bərpa olunması üçün pul tələb edirdi.

Ukraynanın baş nazir müavini Pavlo Rozenko iyunun 27-də Facebook-da yazıb ki, nazirlər kabinetində bütün kompüterlər çöküb. Onun sözlərinə görə monitorlarda görünən ingiliscə mesajda kompüter söndürülərsə, bütün məlumatların itəcəyi xəbərdarlığı verilirdi.

Eyni qaydada Ukraynanın Mərkəzi Bankı da hücuma məruz qalıb.

Başqa ölkələr

Bu arada Britaniya, Danimarka, Norveç, Fransa, Rusiya və Hindistanda bir çox beynəlxalq şirkətlər də kiberhücuma məruz qalıb.

Rusiyanın Rosneft neft şirkəti, Kopenhagendə mənzillənmiş Maersk dəniz daşımaları şirkəti, Fransanın Saint-Gobain qrupu və Britaniyanın reklam nəhəngi WPP-nin kompüterlərinə də hücum olub.

İsveçrənin MELANI texnologiyalar şirkəti iyunun 27-də bildirib ki, hazırkı hücum Wannacry proqramının modifikasiyası olan Petya adlı virusla həyata keçirilib.

MELANI bunu da bildirir ki, Petyadan 2016-cı ildə artıq dünya boyunca kompüterlərə hücumda istifadə olunub.

Ukraynanın baş naziri Hroysman Facebook səhifəsində yazıb ki, hücumu törədənlər tapılacaq və cəzalarına çatdırılacaqlar.

Ukrayna Təhlükəszilik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov deyib ki, bu hücumda Rusiya izi görünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG