Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:17

ABŞ-da nəhəng kibercinayət dəstəsinin üzvləri həbs edilib


ABŞ Ədliyyə Nazirliyi bildirib ki, qlobal kibercinayət xidmətinin fəaliyyətində iştirakları iddia edilən 36 nəfərə qarşı ittiham irəli sürülüb. Bu şəbəkənin müştərilərə, bizneslərə və maliyyə təsisatlarına 530 milyon dollarlıq ziyan vurduğu bildirilir.

Ədliyyə Nazirliyinin fevralın 7-də yaydığı bəyanatda deyilir ki, federal və beynəlxalq hüquq-mühafizə xidmətləri ABŞ-dan olan 13 nəfəri həbs edib. Qalan 6 nəfər Avstraliya, Britaniya, Fransa, İtaliya, Kosovo və Serbiyadandır.

Onların arasında 34 yaşlı ukraynalı Svyatoslav Bondarenko da var. O 2010-cu ildə internetdə Infraud Organisation adlı kibercinayət müəssisəsi yaratmaqda ittiham olunur.

“Biz Fırıldağa İnanırıq” (In Fraud We Trust) şüarı altında işləyən bu təşkilat oğurlanmış kimliklərin, kredit və debit kartların, habelə maliyyə və bank məlumatlarınınalqı-satqısı məqsədilə internet forumundan istifadə edib.

Baş prokuror əvəzi John Cronan deyib ki, “bugünkü həbslər və ittihamların irəli sürülməsi Ədliyyə Nazirliyinin ən böyük kiberdələduzluq dəstələrindən birinə qarşı keçirdiyi əməliyyatın nəticəsində mümkün olub”.

O əlavə edib ki, Infraud qlobal miqyaslı dələduzluq əməliyyatlarını həyata keçirərkən əsl biznes kimi davranıb. Cənab Cronan deyib ki, bu dəstənin niyyəti ümumilikdə 2, 2 milyard dollar ziyan vurmaq idi.

Xəbər verilir ki, Infraud təşkilatının 7 illik tarixi ərzində onun 11 min üzvü dünya boyunca 4, 3 milyon kredit və debit kartlarını, habelə bank hesablarını hədəfləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG