Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Nazirlər Kabinetində kibertəhlükəsizlik müzakirələri


Bu gün, dekabrın 27-də baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, toplantıda əsasən maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğu və kibertəhlükəsizlik məsələləri müzakirə olunub.

Toplantı iştirakçıları “2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasi”nın layihəsini müzakirə ediblər. Layihəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.

Baş nazir Novruz Məmmədov müzakirələr zamanı deyib ki, müasir çağırışlara cavab verən layihələr üzərində işlərin daha da intensivləşdirilməsi lazımdır. O, xüsusi vurğulayıb ki, kibertəhlükəsizlik strategiyasinın beynəlxalq standartlara uyğun hazırlanması vacibdir.

Kibercinayətkarlığın artmasını, hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olmasını vurğulayan baş nazir əlavə edib ki, bu, kibermüdafiə tədbirlərinin genişləndirilməsini zəruri edir.

Toplantı iştirakçıları sözügedən sənədi bəyəniblər. 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasının razılaşdırılmış layihəsinin təsdiq edilməkdən ötrü prezidentə göndərilməsi qərara alınıb. Layihənin detalları, hələlik, ictimaiyyətə açıqlanmayıb.

XS
SM
MD
LG