Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:38

KİV-ə yardımların düzgün paylanmasına şübhə var


Jurnalistlər üçün tikilən bina
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Jurnalistlər üçün tikilən bina

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Hesablama Palatasından daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb".

Bu məlumatı bu gün, iyunun 17-də Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Açıqlamaya görə, araşdırma zamanı dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti qaydalarının pozulması və yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib: "...Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Eyni zamanda bildirilir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, qayda və şərtlərinin pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Bu açıqlamaya, hələlik, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş və indiki rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Bu Fond 2009-cu ildə yaradılıb.

Bu ilin aprelində Fondun rəhbərliyində dəyişiklik edilib.

Jurnalistlərə birinci bina 2013-də (156 mənzil), ikinci bina isə 2017-ci ildə (255 mənzil) paylanıb.

Bəzi müstəqil media ekspertləri həmin vaxt deyirdilər ki, Azərbaycanda hazırda dövlətin bəzi jurnalistlərə mənzil paylaması onları hakimiyyət qarşısında gözükölgəli edir. Hərçənd, mənzil alan jurnalistlər belə fikirlərlə razı deyillər.

Multimedia

XS
SM
MD
LG