Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

İstanbul prokuroru: ‘Jurnalisti Səudiyyə konsulluğuna daxil olan kimi boğublar…’


Khashoggi-nin konsulluğa daxil olduğu an
Khashoggi-nin konsulluğa daxil olduğu an

İstanbulun baş prokuroru deyib ki, səudiyyəli jurnalist Jamal Khashoggi-ni Səudiyyənin İstanbul konsulluğuna daxil olan kimi boğmuş və meyitini doğrayaraq “hissələrə ayırmışlar”. Baş prokuror Irfan Fidan oktyabrın 31-də deyib ki, bu qətl əvvəlcədən planlaşdırılıb.

Cənab Fidan bunu da bildirib ki, Khashoggi-nin meyiti qətldən dərhal sonra “itirilib” və hazırda onun qalıqlarının harda olması məlum deyil.

Washington Post qəzetinin köşə yazarı və faktiki olaraq Səudiyyə Ərəbistanına rəhbərlik edən vəliəhd şahzadə Muhammad bin Salman-ın qatı tənqidçisi Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna gedəndən sonra yoxa çıxıb. O konsulluğa türkliyəli nişanlısı ilə nikahını rəsmiləşdirmək məqsədilə lazımi sənədləri hazırlamaq üçün getmişdi.

Riyad hakim monarx ailəsinin bu qətllə hər hansı əlaqəsini rədd edir. Krallıq bütün dünyada hiddət doğurmuş bu qətlin “nəzarətsiz şəxslər” tərəfindən törədildiyini iddia edir.

Səudiyyənin baş prokuroru Saud Al Mojeb İstanbula səfər etmişdi
Səudiyyənin baş prokuroru Saud Al Mojeb İstanbula səfər etmişdi

Fidan-ın bu bəyanatından əvvəl Səudiyyə Ərəbistanının baş prokuroru Saud al-Mojeb üç gün idi ki, sözü gedən qətllə bağlı İstanbulda idi.

Fidan deyib ki, Mojeb-in səfərindən “həqiqətin açılmasına yönəlmiş bütün səylərə baxmayaraq heç bir konkret nəticə əldə olunmayıb”.

Mojeb bu qətlin əvvəlcədən planlaşdırıldığını etiraf edib və bildirib ki, krallıq bu qətl üçün Səudiyyədə məsuliyyət daşıyanların hamısını cəzalandıracaq.

Türkiyə qətlin şübhəliləri olan 18 səudiyyəlinin Ankaraya ekstradisiya olunmasını tələb edir.

Bəzi media xəbərlərində şübhəlilərin vəliəhd şahzadəyə bağlı olduqları iddia olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG