Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:28

ABŞ Khamenei-nin oğluna və başqa yaxınlarına sansksiyalar elan edir


Ayətüllah Ali Khamenei
Ayətüllah Ali Khamenei

Birləşmiş Ştatlar İranın ali rəhbəri ayətüllah Ali Khamenei-yə bağlı 9 nəfərə sanksiyalar elan edib.

Onların arasında liderin oğullarından biri, onun administrasiyasının rəhbəri və İran ədliyyəsinin başçısı da var.

ABŞ Xəzinədarlığı noyabrın 4-də yaydığı bəyanatda bildirir ki, Vaşinqton habelə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin də üzərinə sanksiyalar qoyub.

Bundan əvvəl noyabrın 4-də Tehran bildirmişdi ki, 2015-ci il nüvə sazişi ilə üzərinə götürdüyü öhdəliklərdən bir qədər də geri çəkilib.

Tehran bildirir ki, hazırda bu sazişin qadağan etdiyi sentrifuqların iki dəfə artığından istifadə edir.

ABŞ Xəzinədarlığı bildirir ki, yeni sanksiyalar ali rəhbər ayətüllah Ali Khamenei-nin ətrafında onun pozucu siyasətlərini yürüdən seçkisiz rəsmiləri hədəfləyir:

"Bu şəxslər rejimin 1983-cü ildə ABŞ dəniz piyadalarının Beyrutdakı qışlalarına və 1994-cü ildə Argentina İsrail Qarşılıqlı Assosiasiyasına bomba hücumları kimi ziyanlı davranışları, habelə işgəncə verilməsi, qanunsuz qətllər və vətəndaşların repressiyaları ilə əlaqəlidirlər”.

Sanksiya siyahısına daxil edilənlərin arasında ali rəhbərin administrasiyasının başçısı Mohammad Mohammadi Golpayegani və Khamenei-nin “sağ əli” kimi tanınan Vahid Haghanian da var.

Sanksiya siyahısına habelə Khamenei-nin ötən martda ədliyyə rəhbəri təyin etdiyi Ebrahim Raisi və ali rəhbərin ikinci oğlu Mojtaba Khamenei də salınıb.

Sanksiyalar, hədəflənən şəxslərin ABŞ-ın nəzarətində olan hər hansı mülk və maraqlarının dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarına və şirkətlərinəbu şəxslərlə hər hansı işbirliyini qadağan edir.

2007-ci ildə İranda yoxa çıxmış keçmiş FTB agenti Robert Levinson
2007-ci ildə İranda yoxa çıxmış keçmiş FTB agenti Robert Levinson

Birləşmiş Ştatlar həmçinin FTB-nin 2007-ci ildə İranda yoxa çıxmış agenti Robert Levinsonun yeri barədə məlumat verən şəxs üçün 20 milyon dollarlıq mükafat təyin edir.

ABŞ Dövlət Departamenti bildirir ki, Levinsonun İranda yoxa çıxmasında bu ölkənin rejiminin əli olub.

Onun tapılması üçün təyin edilmiş 5 milyon dollar mükafat, beləliklə indi 25 milyon dollara çatdırılıb.

Sanksiyalar İran hökumətinin 1979-cu ildə İran tələbələrinin Tehrandakı ABŞ səfirliyini tutmasının 40-cı ildönümünü qeyd etdiyi gündə elan edilib.

1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin zəbt edilməsi
1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin zəbt edilməsi

Həmin vaxt ABŞ səfirliyinin diplomatları və onlarla bağlı şəxslər 444 gün müddətində girov saxlanmışdılar.

Noyabrın 4-də Tehran habelə 2015-ci ildə imzaladığı sazişi pozaraq bu sənədin icazə verdiyi sentrifuqlardan 50 dəfə sürətli yeni sentrifuqları işə saldığını bildirmişdi.

İran Atom Enerjisi Təşkilatının başçısı Ali Akbar Salehi noyabrın 4-də demişdi ki, bu addım İranın “qətiyyətini və qabiliyyətini” nümayiş etdirməlidir.

İran rəsmiləri şikayətlənirlər ki, 2015-ci il sazişinə imza atmış Avropa gücləri ABŞ-ın İrana qarşı sanksiyalarının təsirlərini neytrallaşdıra bilməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG