Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Khamenei: Qərb ölkələri İranı “diz çökdürmək “ üçün çox zəifdirlər


Ayatollah Ali Khamenei-İranın ali dini lideri, 17 yanvar, 2020
Ayatollah Ali Khamenei-İranın ali dini lideri, 17 yanvar, 2020

İranın ali dini lideri Ayatolla Ali Khamenei yanvarın 17-də cümə namazından sonra bir daha xalqı birliyə çağırıb.

Bu barədə AzadlıqRadiosu Reuters agentliyinə istinadla xəbər verir.

O qeyd edib ki, qərb ölkələri İranı “diz çökdürmək “ üçün çox zəifdirlər.

Khamenei yanvarın 8-də Ukrayna sərnişin təyyarəsinin Tehranda vurulmasını “kədərli hadisə” adlandırıb, amma qeyd edib ki, bu, iranlı general Qasem Soleimani-nin qətlinə kölgə salmamalıdır.

Qeyd edək ki, Soleimani yanvarın 3-də Bağdad hava limanında ABŞ-ın hava zərbəsi ilə öldürülüb.

Bundan əvəz çıxacağını deyən İransa yanvarın 8-də ABŞ-ın İraqdakı iki hərbi bazasını raket atəşinə tutub.

Ukrayna təyyarəsi də elə həmin gün vurulub.

İran öncə bunu inkar eləsə də sonrdan etiraf edib ki, təyyarə səhvən ölkənin hava hücumlarından müdafiə qüvvələri tərəfindən vurulub.

Khamenei bildirib ki, qərb ölkələri bu qəzadan İrana və İslam Keşikçiləri Korpusuna qarşı istifadə edirlər.

Qeyd edək ki,Ukrayna təyyarəsinin vurulması nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

Onların əksəriyyəti İran və Kanada vətəndaşlarıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG