Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Khamenei nəhayət ‘hicab etirazları’ barədə danışıb


İranın ali rəhbəri ayətüllah Ali Khamenei məcburi hicaba qarşı bu yaxınlarda baş vermiş etirazların “xarici düşmənlər” tərəfindən maliyyələşdirildiyini bilirib.

Khamenei-nin martın 8-də etdiyi nitq onun onlarca iranlı qadının hicaba qarşı etiraz aksiyası keçirməsinə dair ən geniş bəyanatı idi. Bu aksiyalar zamanı ayrı-ayrı yerlərdə etiraz edən qadınlar baş örtüklərini çıxarırdılar.

Khamenei deyib: “Nəticədə bəzi qızlar aldadılaraq hicablarını orda-burda açıblar”.

Ali rəhbər bu aksiyaları “xırda məsələ” adlandırıb, lakin əlavə edib: “Məni narahat edən budur ki, elitanın bəzi nümayəndələri də icbari hicabın lazımlığını sual altında qoyurlar”.

Khamenei bildirib ki, ölkənin “bəzi jurnlistləri, ziyalıları və ruhaniləri bilməyərəkdən düşmənin yolunu tuta bilərlər”.

Bu ilin əvvəllərindən İranın hakimiyyət orqanları 29 qadını etiraz olaraq baş örtüklərini açdıqlarına görə həbs edib.

İranda 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri qadınların başlarını örtməsi məcburi qayda elan edilib.

Bu qaydanı pozan qadınlar cərimə və azadlıqdan məhrumetmə cəzalarına məruz qoyulurlar.

Bu həftə İranın baş prokuroru Abbas Jafari Dolatabadi deyib ki, baş örtüyünü ictimai yerdə açmış qadınlardan biri “əxlaqsızlığı təbliğ etdiyinə görə” iki il müddətinə azadlıqdan məhrum edilib.

Khamenei deyib ki, hicab qadına “toxunulmazlıq” verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG